Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı, İsrailə qarşı üç pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib. Bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə açıqlama verib.
#İsrail
Türkiyə Xarici İşlər Nazirliyi, israilli nazirlərin Əl-Əqsa məscidinə təşkil etdiyi basqını qınayıb. Bəyanatda, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunmasının yalnız regional deyil, bəşəriyyətin ortaq vicdanı naminə prioritet məsuliyyət olduğu vurğulanıb.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 119 nəfər həlak olub, 866 nəfər isə yaralanıb. Bu barədə fələstinli mənbələr məlumat yayıb.
HƏMAS, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar və İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə təşkil etdiyi basqının beynəlxalq və regional sülh üçün ciddi təhdid yaratdığını bildirib.
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb. Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
İsrail ordusu Qəzza zolağında yardım gözləyən fələstinlilərə atəş açıb. Hadisə nəticəsində 23 nəfər həlak olub. Qəzzanın cənubundakı Nasser Xəstəxanasının verdiyi məlumata görə, müxtəlif yardım paylama məntəqələrinin yaxınlığından ümumilikdə 23 meyit qəbul edilib.
Suriyanın Süveyda vilayətində silahlı qruplar daxili təhlükəsizlik qüvvələrinə hücum ediblər. Hadisə nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Mənbələrin bildirdiyinə görə, bu silahlı qruplar ötən ay vilayətdə razılaşdırılmış atəşkəs rejimini pozublar. Həmin bölgədə əvvəlki qarşıdurmalar nəticəsində yüzlərlə insan həlak olmuşdu. “Qeyri-qanuni silahlı qruplar Süveydada atəşkəs razılaşmasını pozaraq daxili təhlükəsizlik qüvvələrinə hücum edib və vilayətin bir neçə kəndini atəşə tutublar” - deyə, mənbə bildirib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərliyi ilə 1 251 yəhudi Əl-Əqsa məscidinə basqın edib.
İranın raket və pilotsuz uçuş aparatları (PUA) hər cür təxribata cavab verməyə hazırdır. Bunu İran Ordusunun baş komandanı Əmir Hatəmi deyib.
İslam Dünyası Liqası dünya ölkələrini Fələstin xalqını xilas etməyə, beynəlxalq hüquq və ədalətin yanında dayanmağa və Səudiyyə Ərəbistanı ilə Fransanın birgə rəhbərliyi ilə keçirilmiş “İki Dövlətli Həll” üzrə yüksək səviyyəli beynəlxalq konfransın yekun sənədinə dəstək verməyə çağırıb. Liqanın Baş Katibliyindən yayımlanan açıqlamada təşkilatın baş katibi və Müsəlman Alimlər Şurasının rəhbəri Dr. Məhəmməd əl-İsa bildirib ki, xüsusilə də Fələstin ərazilərindəki faciəvi reallıqlar və ifrat sağçı İsrail hökumətinin davamlı hüquq pozuntuları fonunda bu sənədin dəstəklənməsi təcili və zəruridir.
İsrail Müdafiə Ordusu (SAXAL), Qəzza zolağında HƏMAS-ın "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım çatdırılmır. İsrail hakimiyyətinin qərarına əsasən, bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Ərzaq paylanması isə İsrail və ABŞ-ın nəzarətində olan “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə həyata keçirilir.