İdman

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin yekunları üzrə yeni futbol mükafatının təsis edildiyini açıqlayıb. Bu barədə qurumun rəsmi internet saytında məlumat verilib. Yeni mükafat 2026-cı ildən etibarən qüvvəyə minəcək və FIFA tərəfindən ilin gedişində həm meydanda, həm də meydandan kənarda ən yaxşı performans göstərən futbolçulara təqdim edilən yeganə illik rəsmi mükafat olacaq.

Türkiyənin Fənərbaxça klubu transfer çalışmalarını davam etdirir və kadro planlamalarını nəzərdən keçirir. Sarı-mavili klub, Polonya klublarından təklif alan İrfan Can Eğribayat ilə yollarını ayırması halında qapıçı mövqeyinə Mert Günoku transfer etməyi planlaşdırır. Fənərbaxça, Beşiktaşda forma geyən və klubun futbol planlamasında yer almayan Mert Günoku gündəmə alıb. Klub oyunçudan yeni mövsüm üçün uyğun klub tapmasını istəyib.

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştian0 Ronaldo "Əl-Oxdud" üzərində qələbədən sonra paylaşım edib. Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu çərçivəsində keçirilən oyunda 3:0 hesabı ilə qalib gəlib. Portuqaliyalı hücumçu bu matçda dubl edib. Bununla da o, karyerasındakı qollarının sayını 956-ya çatdırıb.