“Strasburq”un baş məşqçisi Liam Rozenyorun Londonun “Çelsi” klubunu çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İdman
Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş və Tanzaniya komandaları arasında matç başa çatıb. Mərakeş millisi minimal hesabla – 1:0 qalib gəlib.
İspaniya La Liqasında XVIII turun oyunları keçirilir. "Real Madrid" evdə "Betis" ilə qarşılaşıb. Görüş "kral klubu"nun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah" futbol klubu legionerlərindən biri olan İqor Noqeyranı komandada saxlamaq niyyətindədir. Məlumat sportal.az saytına istinadən verilib.
Sabiq ağır çəkidə dünya çempionu Tayson Fyuri peşəkar boksa qayıdacağını rəsmi şəkildə elan edib. Fyuri 2025-ci ilin yanvarında karyerasını başa vurduğunu bildirsə də, onun promouteri Frank Uarren 37 yaşlı britaniyalı boksçunun 2026-cı ildə rinqə qayıtmağı planlaşdırdığını açıqlayıb.
Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında “Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davam edir. Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış edən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.
“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum olub. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə uzadılması imkanı da nəzərdə tutulub.
“Napoli” bu qış “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mayno ilə maraqlanır. 20 yaşlı ingilis futbolçu İtaliya çempionları üçün prioritet transfer hədəfi sayılır. Lakin transfer yalnız Noa Lanqın komandadan ayrılması halında mümkün ola bilər. Lanq hazırda “Qalatasaray”ın maraq dairəsindədir. Tərəflər arasında danışıqların yaxın həftələrdə intensivləşəcəyi gözlənilir.
"Mançester Siti" "Trua"nın 18 yaşlı vingeri Matis Deturbeyi transfer etməkdə maraqlıdır. Fransız futbolçunun Liqa 2-də komandasının birinci pillədə qərarlaşdığı mövsümdə 17 oyunda 0 qolu və 2 məhsuldar ötürməsi var. Deturbeyin "Trua" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
İngiltərə Premyer Liqasında XX turun oyunları keçirilir. Səfərdə "Bornmut"un qonağı olan "Arsenal" 3:2 hesablı qələbə qazanıb.
"Fənərbağça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib. İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbağça"ya 5 milyon avroya başa gəlib.
"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.