İdman

“Liverpul” mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir. “Qırmızılar”ın rəhbərliyi Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün transfer bazarına çıxmağa məcbur qalıb.

Argentinalı futbolçu Lionel Messi Kataloniyanın “Barselona” klubuna qayıda bilər. Məlumata əsasən, futbolun canlı əfsanəsi öz karyerasını başa çatdırdıqdan sonra ona klubun rəhbərliyində vəzifə verilə bilər. Belə bir variantın artıq Katalon klubunda müzakirə olunduğu deyilir.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və oyun alveri ” istintaqı çərçivəsində, aralarında 14 futbolçu və keçmiş “Qalatasaray” İdman Klubunun rəhbərlərindən Erden Timurun da olduğu 29 şübhəli barəsində saxlanılma qərarı verilib. İstintaq çərçivəsində MASAK və qanuni mərc saytlarından əldə olunan məlumatlar araşdırılıb. Araşdırmalar zamanı bəzi futbolçuların özlərinin meydana çıxacaqları qarşılaşmalara “rəqib komanda qalib gələr” məzmununda mərc etdikləri müəyyən edilib.

BAKI, AzerVoice Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər. AzerVoice xəbər verir ki, katalon klubu komandanın baş məşqçisinin müqaviləni 2028-ci ilin iyununa qədər uzatmaq istəyib-istəmədiyi ilə maraqlanır. Flik əvvəlcə 2026/27 mövsümündən sonra karyerasını başa vurmağı planlaşdırırdı, lakin indi planlarını dəyişə bilər.

Amerikalı bloqer Ceyk Pol keçmiş boks çempionu Entoni Coşuaya uduzduqdan sonra çənə əməliyyatı etdirib. Pol özü "Instagram" səhifəsində əməliyyatın uğurlu keçdiyini, bir neçə diş çıxarıldığını və çənəsinə iki titan lövhə qoyulduğunu bildirib.

Turun günün ikinci matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarını 26-ya çatdıraraq altıncı, "Şamaxı" isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.

Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin yaradılması barədə rəsmi elan yayıb. Bu barədə təşkilatın Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yeni turnirin əsas məqsədi milli komandalar arasında rəqabət səviyyəsini artırmaq, eyni zamanda kommersiya imkanlarını genişləndirməkdir. Layihənin icrasına yaxın vaxtlarda başlanacağı qeyd olunsa da, dəqiq tarixlər açıqlanmayıb.

Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) 25 yaşlı Pan Jenlunun danışılmış oyunlarda iştirakına görə 12 illik diskvalifikasiya qərarı verib. Tennisçi həmçinin 110.000 dollar məbləğində cərimələnib.