BAKI,VOA, Fərid Mikayılov
İtaliya nəhəngi yeni mövsüm öncəsi heyətini köklü şəkildə yeniləməyə hazırlaşır.
VOA xəbər verir ki, Yuventus rəhbərliyi yay transfer pəncərəsində komandaya dərhal təsir göstərə biləcək yüksək səviyyəli futbolçuların cəlb olunmasını planlaşdırır.
Qeyd olunub ki, Yuventusun əsas hədəfləri arasında Liverpulun qapıçısı Alisson Bekker və Mançester Sitinin yarımmüdafiəçisi Bernardo Silva yer alır.
Bildirilib ki, klub həmçinin Marselin yarımmüdafiəçisi Pyer-Emil Høyberqi də transfer siyahısına daxil edib və onun təxminən 15 milyon avro qarşılığında transferi mümkün hesab olunur.
Məlumata görə, rəhbərlik gənc oyunçuların inkişafına deyil, artıq özünü sübut etmiş və liderlik keyfiyyətlərinə malik futbolçulara üstünlük vermək niyyətindədir.
Qeyd edilib ki, hücum xəttində isə Duşan Vlahoviçin müqaviləsinin uzadılması əsas prioritetdir və klub digər hücum variantlarını da nəzərdən keçirir.
Bildirilib ki, klub rəhbərliyi transfer siyasətində futbolçuların psixoloji dayanıqlığı və təzyiq altında performans göstərmək qabiliyyətinə xüsusi önəm verir.