Dünya futbolundakı transfer xəbərləri üzrə insayder, italiyalı jurnalist Fabrisio Romanonun yaydığı eksklüziv məlumata görə, "kral klubu" portuqaliyalı oyunçu ilə "2+1" illik müqavilə imzalayacaq. Transferin pərdəarxasında "Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyonun böyük rolu olduğu bildirilir. Həmyerlisinin komandada görməkdə israrlı olmasından sonra Madrid rəhbərliyi ulduz futbolçunu layihəyə razı sala bilib. Tərəflərin qısa müddət ərzində rəsmi müqaviləyə imza atacağı gözlənilir.
#Bernardo Silva
Qeyd olunub ki, Yuventusun əsas hədəfləri arasında Liverpulun qapıçısı Alisson Bekker və Mançester Sitinin yarımmüdafiəçisi Bernardo Silva yer alır. Bildirilib ki, klub həmçinin Marselin yarımmüdafiəçisi Pyer-Emil Høyberqi də transfer siyahısına daxil edib və onun təxminən 15 milyon avro qarşılığında transferi mümkün hesab olunur.
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
"Mançester Siti"nin kapitanı Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Barselona" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.