#Mançester Siti

Xosep Qvardiola cari mövsümün sonunda Mançester Sitinin baş məşqçi postunu tərk edəcək.Qeyd edək ki, Qvardiola 2016-cı ildən Mançester Sitinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub və tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb. Ümumilikdə isə Qvardiola “şəhərlilər” ilə 20 trofey qazanıb.

Qeyd olunub ki, Yuventusun əsas hədəfləri arasında Liverpulun qapıçısı Alisson Bekker və Mançester Sitinin yarımmüdafiəçisi Bernardo Silva yer alır. Bildirilib ki, klub həmçinin Marselin yarımmüdafiəçisi Pyer-Emil Høyberqi də transfer siyahısına daxil edib və onun təxminən 15 milyon avro qarşılığında transferi mümkün hesab olunur.

Mançester Siti yay transfer pəncərəsi öncəsi Sportinqin kapitanı Morten Hjulmandın transferi üçün fəallığını artırıb. Məlumata əsasən, danimarkalı yarımmüdafiəçi üçün Yuventus və Mançester Yunayted də maraq göstərir. Lakin Viananın futbolçunu yaxşı tanıması və klublar arasında münasibətlərin müsbət olması Mançester Sitini əsas namizədə çevirir.

Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər. "The Telegraph"ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun belə olmadığını bildirirlər.

Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.

Avropa futbolunun iki tanınmış siması, Pep Qvardiola və Joze Mourinyo bu dəfə dolayısı ilə eyni uğurun tərəfdaşına çevrilib. 2025/26 mövsümündə Çempionlar Liqasında Mançester Sitinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasında Benfikanın son saniyələrdə vurduğu həlledici qol mühüm rol oynayıb. Lakin yekun mövqe Benfika - Real Madrid qarşılaşmasının nəticəsindən asılı olub.

“Kristal Palas”ın mərkəz müdafiəçisi Mark Qehinin transferinin başa çatmasından sonra “Mançester Siti” “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Andersonu növbəti əsas transfer hədəfi kimi müəyyən edib. Mənbəyə görə, “Siti” klubunun 23 yaşlı futbolçunu aktiv şəkildə transfer etməsi gözlənilir, lakin bu proses yaya qədər təxirə salına bilər. “Mançester Yunayted” “Mançester Siti”nin Anderson məsələsində rəqibi ola bilər.

Barselona heyətini gücləndirib. Kataloniya klubu portuqaliyalı müdafiəçi Jao Kanselonu mövsümün sonunadək icarə əsasında transfer edib.Qeyd edək ki, Cancelo 2023–2024 mövsümündə də Mançester Sitidən icarə əsasında Barselonada çıxış edib və bütün turnirlərdə 42 oyunda forma geyinib.