BAKI,VOA, Fərid Mikayılov
Qanada futbol komandalarından birinə qarşı silahlı hücum baş verib.
VOA xəbər verir ki, “Berekum Chelsea” klubunun avtobusuna edilən hücum nəticəsində 20 yaşlı futbolçu Dominik Frimponq həyatını itirib.
Məlumata əsasən, maskalı və silahlı şəxslər komandanın avtobusunun qarşısını kəsərək atəş açıblar. Hadisə zamanı futbolçu aldığı xəsarətlərdən vəfat edib.
Qeyd olunub ki, Qana Futbol Federasiyası baş verən hadisə ilə bağlı başsağlığı verərək mərhumun ailəsinə, yaxınlarına və komanda yoldaşlarına dərin hüznünü ifadə edib.
Bildirilib ki, insidentin səbəbləri ilə bağlı araşdırma aparılır və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün tədbirləri davam etdirir.