BAKI,VOA, Fərid Mikayılov
UFC prezidenti Dana Uayt rusiyalı MMA döyüşçüsü İslam Maxaçevin növbəti döyüşünün vaxtı ilə bağlı açıqlama verib.
VOA xəbər verir ki, Maxaçev növbəti döyüşünü bu ilin avqust ayında keçirəcək.
Lakin döyüşün rəqibi və digər detallarla bağlı əlavə məlumat verilməyib.
Daha əvvəl jurnalist Ruben Karter Maxaçevin növbəti rəqibinin irlandiyalı İan Qerri olacağını iddia edib. Məlumata görə, bu qarşılaşma mayın 30-da Səudiyyə Ərəbistanında keçiriləcək UFC 329 turniri çərçivəsində baş tuta bilər.
İslam Maxaçev UFC tarixində iki çəki dərəcəsində çempion olan ilk rusiyalı döyüşçüdür. O, daha əvvəl yüngül çəkidə çempion olub, hazırda isə yarımorta çəkidə titul sahibidir.
Maxaçev MMA karyerası ərzində keçirdiyi 29 döyüşdən 28-də qalib gəlib və yalnız bir dəfə məğlub olub.