Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Lautaro Martinez Maradonanı geridə qoyub

    5 Sentyabr 2025 15:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Lautaro Martinez Maradonanı geridə qoyub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Argentina millisinin hücumçusu Lautaro Martinez yığmanın tarixində iz qoyan uğura imza atıb.

    AzerVoice xəbər verir ki, Dünya çempionatının seçmə mərhələsində Venesuela üzərində 3:0 hesablı qələbədə meydana sonradan daxil olan futbolçu iki dəqiqə sonra vurduğu qolla əfsanəvi Dieqo Maradonanı geridə qoyaraq, Albiseleste tarixində ən çox qol vuran beş oyunçudan biri olub.

    74-cü dəqiqədə oyuna qoşulan Martinez cəmi iki dəqiqə sonra fərqlənərək milli komandadakı qol sayını 33-ə çatdırıb. Bununla da o, 32 qolu olan Maradonanı geridə qoyub və Argentina yığmasının ən məhsuldar futbolçular siyahısında ilk beşliyə adını yazdırıb.

    2018-ci ildən millidə çıxış edən Martinez qısa zamanda etibarlı hücumçuya çevrilib. O, Argentina ilə üç böyük titul qazanıb: 2021 və 2024-cü illərdə Copa America, 2022-ci ildə isə Dünya çempionluğu. Həmçinin həmin il Finalissima kubokunu da qaldırıb. 2024-cü Copa America turnirində isə 5 qolla “Qızıl buts”un sahibi olub.

    Hazırda “El Toro” ləqəbli forvardın qarşısında yeni hədəflər dayanır. Martinezə Hernan Kresponun (35 qol) göstəricisini keçmək üçün 3, Serxio Aquero (41 qol) ilə tarixi yarışda öndə olmaq üçün isə 9 qol lazımdır.

    Argentina millisinin növbəti görüşü gələn həftə Ekvadorla olacaq və Martinez uğurlu seriyasını davam etdirmək niyyətindədir.

    #FİFA #Argentina #Lionel Messi #Copa America #Argentina millisi #2026 Dünya Çempionatı seçmə mərhələ #Dünya rekordu #Maradona #Lautaro Martinez
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Tarixdə bu gün - 9 İyul

    9 İyul 2026 00:01

    Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi

    8 İyul 2026 10:20

    Yozef Blatter FIFA-nı tənqid etdi - "Qırmızı vərəqələr siyasi telefon zəngləri ilə ləğv olunmamalıdır"

    6 İyul 2026 14:59

    Tramp FIFA-nın qərarına necə təsir etdi?

    6 İyul 2026 13:31

    Messi yeni tarixi rekorda imza atdı

    4 İyul 2026 11:57

    Meksika – İngiltərə oyununun başlama vaxtı fırtına təhlükəsinə görə dəyişdirilə bilər

    3 İyul 2026 22:47

    Niyə Tramp Dünya Çempionatına qatılmayıb? ABŞ prezidentinin səssizliyi müzakirə mövzusuna çevrilib

    3 İyul 2026 06:00

    Dünya çempionatında tribunlardan Fələstinə dəstək nümayiş etdirilib

    2 İyul 2026 12:54

    Misir–İran qarşılaşması niyə “Qürur Oyunu” adlandırıldı? FİFA-dan LGBT-yə dəstək

    26 İyun 2026 13:16

    Fəhlə oğlu Lionel Messinin uşaqlığı, ailəsi və sülalə mənşəyi

    24 İyun 2026 08:13

    İqlim fəalları FİFA-nın Səudiyyə neft şirkəti ilə əməkdaşlığına qarşı etiraz aksiyası keçirəcək

    20 İyun 2026 21:33
    XƏBƏR LENTİ

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.