Bakı,AzerVoice
Mançester Yunayteddə gözləntiləri doğrulda bilməyən braziliyalı futbolçu İspaniyanın Real Betis klubuna yollanır.
AzerVoice xəbər verir ki, 24 yaşlı futbolçu mövsümün sonuna kimi Betisdə icarə əsasında çıxış edəcək.
Antoni 2022-ci ildə Erik ten Hag-ın ilk transferlərindən biri olaraq Ayaksdan Yunaytedə keçib.
Qırmızı şeytanların bütün zamanların ən bahalı ikinci transferi olan braziliyalı üçün klub, Niderland komandasına 95 milyon avro ödəyib.