Cəmiyyət

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək bildirib ki, ölkəmiz dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmətlə yanaşır və dövlət-din münasibətləri modeli beynəlxalq normalara uyğun şəkildə uğurla tətbiq edilir. Məmmədov çıxışında vurğulayıb ki, 2024-cü ildə təməli qoyulan bu forum ənənəsi dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əks olunan strateji hədəflər bu ilki tədbirin gündəliyini müəyyənləşdirib və fəaliyyətə istiqamət verib.

Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxış edəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edib. Media nümayəndələrinə bildirilib ki, 14 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Cari ilin 11 ayı ərzində müəssisədə əlilliyi olan daha 7600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

Dekabrın 23-də Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsini ziyarət ediblər. Burada qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini-mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.

Nazir bildirib ki, iki ölkə arasında müəyyən olunmuş strateji məqsədlərə çatmaq üçün bir sıra mühüm iqtisadi tədbirlər həyata keçirilmişdir: "Bu çərçivədə, müəyyən tədbirlər keçirilmiş, 110-dan çox konkret tədbir müəyyən edilərək ətraflı bir fəaliyyət planı hazırlanmışdır. Bu tədbirlər sayəsində qarşıya qoyulan hədəflərə, 15 milyard dollarlıq ticarət hədəfinə uğurla nail olacağıq".

“Könüllü DOST” proqramına bu ilin yanvar-noyabr ayları ərzində 42 min müraciət olub, 1500 şəxs proqrama cəlb olunub. Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları fəaliyyət göstərir.

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, mədəniyyət və dərin qardaşlıq bağları birləşdirir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələr bütün istiqamətlər üzrə möhkəmlənib və bu proses ölkələrin iqtisadiyyatlarına mühüm töhfə verir.