Cəmiyyət

Əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Yeniliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb və işçi hüquqlarının daha etibarlı müdafiəsini, sosialyönlü və çevik əmək münasibətlərinin formalaşdırılmasını hədəfləyir.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Bakıda dünyaşöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi təşkil olunub. Yanvarın 15-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Gecədə rəsmi şəxslər, tanınmış mədəniyyət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəmkirdə vətəndaşların əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Yanvarın 16-da Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Baş nazir Pakistandakı ilk ASAN Xidmət mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirdi.

Hindistan günahsız insanların öldürüldüyü bir yer olub. Bunu Böyük Britaniyada yerləşən "Everything"s 13"ün əməliyyatlar üzrə meneceri Ranveer Singh yanvarın 16-da Bakıda "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Bunu Pəncab hökumətinin İnsan Haqları və Azlıqları məsələləri naziri Rameş Sinq Arora Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib. Nazirlikdə təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Gecə kiminlə danışır insan ? Həmsöhbətləri dəyişir. Birinci öz arzuları ilə. Evi yoxdursa beynində ev tikir. Otaqları təmir edir. Gücü yoxdursa xəyallarında güclü personaj olur. Sevgidən və ya sevgisiz haldan əziyyət çəkirsə ya uzaq keçmişdə bəlkə də bir sevdiyi olub onunla fikrində danışır, ya da sevgi içində isə onun meyvələrini, yəni övladlarını xoşbəxt görmək istəyir. Ana atası yoxdursa uşaqlığına gedir və onlarla danışır.

2025-ci il ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub. İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci il ərzində 524 643 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 583 960 müraciət olub. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.