Cəmiyyət

Su Çərşənbəsi Azərbaycan xalqının qədim inanclarına əsaslanan və Novruz bayramına aparan dörd ilaxır çərşənbənin birincisidir. Bu gün xalq arasında “Əzəl çərşənbə”, “Sular çərşənbəsi” və ya “Gözəl çərşənbə” kimi də tanınır. Su Çərşənbəsi adından da göründüyü kimi, su ünsürünə həsr olunub və təbiətin oyanışının ilk əlaməti sayılır. Türk mifologiyasında və qədim Azərbaycan inanclarında su müqəddəs hesab edilir. Su həyatın başlanğıcı, saflıq və yenilənmə simvoludur. Qədim təsəvvürlərə görə, Su Çərşənbəsi günü sular “oyanır”, axar sular daha da bərəkətli və şəfalı olur. İnsanlar səhər tezdən bulaq başına gedər, üz-gözlərini axar su ilə yuyar, suyun üzərindən atlayaraq köhnə ilin çətinliklərini arxada qoyduqlarına inanardılar.

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib. Etik davranış qaydaları mediatorun fəaliyyət çərçivəsini müəyyən edir. Bu qaydalar mediatorun müstəqilliyini, qərəzsizliyini, məxfiliyə riayət etməsini, tərəflərə bərabər yanaşmasını və peşəkar məsuliyyətini tənzimləyir.Mediator yalnız hüquqi biliklərlə deyil, yüksək etik standartlarla da silahlanmalıdır. Çünki mediasiya prosesi tərəflərin etimadı üzərində qurulur. Əgər etik prinsiplər qorunmursa, prosesin mahiyyəti zədələnir.

Filmoskop rubrikasında bu dəfə müasir dövrün ən böyük fenomenlərindən birini — sosial media ulduzlarının həyatını və bu parıltılı dünyanın arxasında gizlənən təhlükələri araşdıran "Influencers" filmini təhlil edirik. Bu ekran işi "layk"ların və izləyici sayının insan həyatını necə idarə etdiyini vizual bir dillə nümayiş etdirir. Film sosial mediada milyonlarla izləyicisi olan bir qrup gənc influenserin həyatından bəhs edir. Onlar üçün həyat sadəcə çəkilən fotolardan, paylaşılan hekayələrdən və gələn rəylərdən ibarətdir. Lakin bu parıltılı ekranın arxasında böyük bir rəqabət, saxtakarlıq və mənəvi boşluq gizlənir.

Livan əsilli amerikalı yazıçı, şair və filosof Cübran Xəlil Cübran Şərq və Qərb fəlsəfəsini öz yaradıcılığında birləşdirən nadir sənətkarlardan biridir. O, 1883-cü ildə Livanda doğulub, lakin gənc yaşlarından Amerikaya mühacirət edərək hər iki mədəniyyətin ruhunu mənimsəmişdir. Yazıçının ən böyük özəlliyi onun yalnız sözlərlə deyil, həm də rənglərlə danışmasıdır; o, həm də istedadlı bir rəssam idi. Cübran yaradıcılığının ana xəttini insana duyulan sonsuz sevgi, ruhun azadlığı və təbiətə bağlılıq təşkil edir.

Kino sənəti tarix boyu sadəcə keçmişi sənədləşdirməyib, həm də gələcək siyasi baxışların formalaşmasında əsas hərəkətverici qüvvə rolunu oynayıb. Spayk Linin 1992-ci ildə ekranlaşdırdığı "Malkolm X" epik bioqrafik dramı bu gün də irqi bərabərlik və siyasi fəallıq mövzusunda ən mühüm istinad nöqtələrindən biri hesab olunur. Filmdə təsvir olunan hadisələr sadəcə bir fərdin həyat hekayəsi deyil, bütövlükdə Amerikanın siyasi sistemindəki dərin çatların və sosial ədalət axtarışlarının aynasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.VOA xəbər verir ki,çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Filmoskop rubrikasında bu dəfə dünya miqyasında bestsellerə çevrilmiş Kolin Huverin eyniadlı romanı əsasında çəkilmiş "It Ends with Us" (Bizimlə bitir) filmini linza altına alırıq. Bu ekran işi sadə bir sevgi hekayəsi deyil, nəsillərarası travmalar, məişət zorakılığı və bir qadının öz taleyini yenidən yazmaq cəsarəti haqqında dərin bir dramdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.