Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttinin yenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.
Cəmiyyət
Az qala bütün qurğuların tribunaya, hər cihazın internetə, hər aparatın qlobal mikrofona çevrildiyi bir anda kiminsə fiziki hərəkətlə, bağırmaqla ortaya çıxması ən yaxşı halda tərbiyəsizlikdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb. Fevralın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rəşad Qasımov fevralın 20-də vətəndaş qəbulu keçirib. Qəbul zamanı paytaxt sakinlərinin tikinti və istismara icazələrin verilməsi prosesi, torpaq münasibətləri və şəhərsalma qaydaları ilə bağlı sualları cavablandırılıb.
Sea Breeze layihəsi nüfuzlu beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan edilib. Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Sea Breeze, müasir kurort mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturunu özündə birləşdirən unikal ekosistem kimi xarakterizə olunub. Məkanın müxtəlif formatlara – həm butik tədbirlərə, həm də genişmiqyaslı festivallara asanlıqla uyğunlaşması onun əsas rəqabət üstünlüyü kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektinin qazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, mühafizə zonaları, sayğacların quraşdırılması, elektrik təsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi və rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşüb. Komitə sədri Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə görüşüb. Görüşdə “Yüksəliş” müsabiqəsinin ölkədə kadr potensialının formalaşdırılmasında rolu, qaliblərin peşəkar inkişaf imkanları və dövlət idarəçiliyində tətbiqi mümkün innovativ yanaşmalar kimi mövzular diqqət mərkəzində olub. Eyni zamanda, diaspor siyasətinin prioritet istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların milli maraqlarının beynəlxalq platformalarda daha effektiv təmsil olunması məsələləri ətrafında müzakirələr aparılıb. Əkbər Əsgərovun fərdi inkişaf planı, peşəkar hədəfləri və gələcək fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Dövlət və ictimai idarəetmədə liderlik keyfiyyətlərinin formalaşdırılması, qlobal şəbəkələşmə və strateji baxışın genişləndirilməsi barədə fikir mübadiləsi olub.
Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il də əsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində cari ildə növbəti addımlar atılacaq.
Övladlığa uşaq götürmüş şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilməklə yanaşı, onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər. Əvalideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə pensiya və ya yaşa görə müavinət hüququ var;
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr olunmuş beynəlxalq sərgidə iştirak edib. Tədbir iştirakçılarına Azərbaycanda “Şəhərsalma və Arxitektura İli” çərçivəsində Bakı şəhərində 17–22 may tarixlərində keçiriləcək WUF13 tədbiri, o cümlədən ölkəmizin davamlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, dayanıqlı inkişaf hədəfləri və qlobal şəhərsalma gündəliyində artan rolu barədə ətraflı məlumatlar verilib.