2026-cı ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Həmin vətəndaşların 93 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 370 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 886 nəfəri mərkəzi, 41 935 nəfəri isə regional filiallarda qəbul edilib.
Cəmiyyət
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində Universitetin müəllim-tələbə heyətinin və media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Bakı metropoliteninin Qırmızı xəttində hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb. Texniki baxışın aparılması zərurəti ilə əlaqədar normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar isə köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələr və soyqırımı cinayətlərinə son qoyulub. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance” şirkətinin birgə təşkilatçılığı ilə “Baku Learning Lab” təlimi uğurla həyata keçirilib. “Baku Learning Lab” çərçivəsində iştirakçılar blokçeyn, veb3, treydinq alətləri və kripto bazarının əsas mexanizmləri barədə praktiki biliklər əldə ediblər. Canlı təlim sessiyaları zamanı real nümunələr əsasında təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Əmək Məcəlləsinə əssən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu əsasla (“ç” bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Dövlət Şəhərsalam və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb. Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.
Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramını elan edib. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşları Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.
Təbiətin ölüb-dirilməsi, Boz ay mərhələsi və ilaxır çərşənbələrin mifoloji kökləri Azərbaycan folklorunda xüsusi yer tutur. Ekspert bildirib ki, xalq təsəvvüründə qış Böyük Çillə, Kiçik Çillə və Boz ay olmaqla üç mərhələyə bölünür və qədim inanclarda bu dövr təbiətin “ölməsi” kimi xarakterizə olunur. “Boz ay dönəmində ölmüş sayılan təbiət yenidən dirilir. Elə buna görə də Boz ay xalq arasında ‘ağlar-gülər ay’ adlandırılır. Bu mərhələ ilin sonuncu çərşənbələrinin cəmləşdiyi zamandır”, – deyə o vurğulayıb.
Jeep-in əfsanəvi Cherokee modeli üç illik fasilədən sonra 2026-cı il üçün tamamilə yenilənmiş hibrid versiyası ilə bazara qayıdır. Yeni model sərt yolsuzluq həvəskarlarının sevdiyi klassik "XJ" modelindən çox fərqlənsə də, orta ölçülü krossover seqmentində Toyota RAV4 və Honda CR-V kimi rəqiblərə ciddi meydan oxumağa hazırdır.
Elektrikli avtomobillərə olan münasibət, bazarın hansı hissəsini sorğuya cəlb etməyinizdən asılı olaraq kəskin şəkildə dəyişir. Ailə krossoverləri və lüks gündəlik avtomobillər populyar ola bilər, lakin adətən ultra-yüksək performanslı modellərlə əlaqələndirilən təmtəraq və ehtişam axtaran alıcılar fərqli düşünə bilərlər. Oktyabr ayında Lanzador layihəsi ilə bağlı şübhələr yarandıqdan sonra, Lamborghini rəsmən bu elektromobil (EV) modelini ləğv edib.