#WUF13

«Bakı Fəaliyyətə Çağırış» sənədində məcburi evdən çıxarma və məcburi köç hallarının beynəlxalq hüququ pozan və mənzil təhlükəsizliyinə mənfi təsir göstərən praktikalar olduğu vurğulanır. Sənəd çağırış edir ki, hüquqi təminatlar, preventiv mexanizmlər, monitorinq və hesabatlılıq sistemləri gücləndirilsin, icmaların iştirakı və yerində modernləşdirmə tətbiq edilsin, eyni zamanda köçün qarşısının alınmasının mümkün olmadığı hallarda adekvat kompensasiya və alternativ həllər təmin olunsun.

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurlu təşkilinə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanın BMT ilə uzunmüddətli və uğurlu əməkdaşlığı, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri, həmçinin “ASAN xidmət” modelinin beynəlxalq mükafatlara layiq görülməsi və müxtəlif ölkələrdə tətbiqi müzakirə olunub. Amina Mohammed tədbir iştirakçılarının sayının çoxluğunu və Bakının tarixi irs ilə müasir şəhərsalma harmoniyasını yüksək qiymətləndirib.

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri ilə görüşərək iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.