Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    İnnovativ fəaliyyətin nəticə əsaslı olması üçün hərtərəfli araşdırma vacibdir - Vüsal Şıxəliyev

    24 Aprel 2026 13:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İnnovativ fəaliyyətin nəticə əsaslı olması üçün hərtərəfli araşdırma vacibdir - Vüsal Şıxəliyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İnnovasiya və süni intellekt sahəsində görülən işlərin əsas nəticəyönümlü fəaliyyətinin təşkili bilavasitə düzgün koordinasiya və institusional yanaşmadan asılıdır.

    VOA xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda innovasiyaya giriş və çıxışın balanslı təmini ilə bağlı düşünmək lazımdır:

    "Qlobal İnnovasiya İndeksində reytinqləri bağlı daim tədbirlər, müzakirələr aparırıq. Azərbaycanda 2016-cı ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Hazırda Komissiyasının rəhbəri baş nazirinin müavini Samir Şərifovdur. Komissiyada 25 İşçi qrup var. Burada mövcud imkanlar araşdırılır. Biz bu sahədə qurumlarla, özəl sektorla səmərəli və çevik sistem yaratmışıq".

    Vüsal Şıxəliyev qeyd edib ki, innovativ fəaliyyətin nəticə əsaslı olması üçün hər bir komponentlər hərtərəfli araşdırılmalıdır:

    "Azərbaycanda innovasiyaya giriş və çıxışın balanslı təmini ilə bağlı düşünmək lazımdır. İnnovasiyaya girişdə Azərbaycanın mövqeyi irəlidədir. İnnovasiyaya çıxış üzrə bizim ciddi potensialımız var. Müvafiq əlaqələndirmə və koordinasiya ilə imkan və potensialı iqtisadi dəyərə çevirə bilərik. Yaradılmış bu innovativ məhsulların kommersiyalaşdırılması üçün tədbirlər görməliyik ki, reytinqlərdə yüksək yer alsın".

    #Vüsal Şıxəliyev #İnnovasiya və süni intellekt #Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    16 İyul 2026 13:08

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

    15 İyul 2026 19:02

    Daxili yaddaş problemi bitdi: Android proqramlarını SD-karta köçürməyin gizli yolu bəlli olub

    15 İyul 2026 08:34

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Z nəsli üçün rəqəmsal fenomen: Sokak Nöbetçileri romanının geniş analizi

    12 İyul 2026 15:00

    Klostrofobik vahimə: The Mummy 2026 filminin dərin analizi

    12 İyul 2026 14:00

    The Secret Life of Walter Mitty – Xəyallar dünyasından real həyata möhtəşəm qaçış

    12 İyul 2026 13:30

    Linuxda mətn redaktorları: Nano və Vi/Vim ilə faylların idarə edilməsi

    12 İyul 2026 13:00

    Linuxda disk idarəçiliyi: Df, Du və Mount komandaları

    12 İyul 2026 11:00

    Qlobal məişət texnikası bazarında 55 düymlük ən yaxşı televizorların texniki göstəriciləri və aktual qiymətləri açıqlanıb

    12 İyul 2026 08:38

    “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib

    22 Dekabr 2025 18:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.