#İnnovasiya və süni intellekt

İnnovasiya və süni intellekt sahəsində görülən işlərin əsas nəticəyönümlü fəaliyyətinin təşkili bilavasitə düzgün koordinasiya və institusional yanaşmadan asılıdır. Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.