Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər. Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.