Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

    24 Fevral 2026 12:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,VOA

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində Universitetin müəllim-tələbə heyətinin və media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

    VOA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnən soyqırımı cinayəti olduğunu bildirib.

    Ombudsman qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Müvəkkil bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

    Çıxışda bildirilib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.

    Ombudsman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini vurğulayıb.

    Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xocalı soyqırımının milli yaddaşımızda və dövlətçilik şüurumuzda mühüm yer tutan faciə olduğunu bildirib. O qeyd edib ki, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində bu hadisənin anılması xüsusi rəmzi məna daşıyır.

    Rektor vurğulayıb ki, universitetin əsas prioritetlərindən biri tələbələrin tarixi həqiqətlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. O bildirib ki, ali təhsil ocağı regionun elmi, sosial və intellektual inkişafına töhfə verən mühüm mərkəz kimi fəaliyyət göstərir.

    Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı, Xocalı hadisələrinin şahidi Füqurə Rüstəmova çıxış edərək, faciə gecəsi yaşadıqlarını bölüşüb, gəncləri tarixi unutmamağa və həqiqətləri gələcək nəsillərə çatdırmağa çağırıb.

    Anım tədbirində Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Daha sonra Ombudsmanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatı səsləndirilib.

    Tədbirdən sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Qarabağ Universitetinin fəaliyyətinə dəstək məqsədilə Universitetə tam yeni və rəqəmsal mətbəə avadanlıqları hədiyyə olunub.

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
    #Azərbaycan #Səbinə Əliyeva #Xankəndi #Qarabağ Universiteti #Ombudsman Aparatı #İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.