Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.

    AzerVoice xəbər verir ki, iclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.

    İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar İcmanın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.

    İclasda İdarə Heyətinin və Şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, bir şəxsin eyni zamanda iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin tərkibində ümumilikdə 8 dəyişiklik edilib.

    İdarə Heyətinin yeni üzvləri: Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev; Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov; Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri Faiq Xudayev; Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov; Prezident Kitabxanasının müdiri, professor Afət Abbasova; Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyev iclas iştirakçılarına təqdim olunub.

    Daha sonra Qərbi Azərbaycan İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144, Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141 nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və təmsilçilik əsas meyar kimi götürülüb.

    Gündəliyin növbəti məsələsi kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə çıxarılıb. Qeyd olunub ki, plan ilkin variantdır və İdarə Heyətinin üzvlərinin təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək. Plan çərçivəsində rayon icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.

    İclasda çıxış edən İcmanın Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov rayon icmalarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, rayon icmalarında mütəmadi görüşlərin keçirilməsini təklif edib.

    Tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanla bağlı tarixi sənədlərin üzə çıxarılması baxımından arxivlərlə işin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

    Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev İcmanın 2025-ci il fəaliyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycan həqiqətləri sırasında Qərbi Azərbaycan kökənli şəxsiyyətlərin öyrənilməsini, təbliğini də vacib amil kimi xüsusi qeyd edib.

    Prezident Kitabxanasının direktoru Afət Abbasova yaşlı qərbi azərbaycanlıların xatirələrinin toplanaraq arxivləşdirilməsini və bu materialların xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsini təklif edib.

    İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında Təhsil Nazirliyi ilə birgə məktəblərdə keçirilən maarifləndirici tədbirlərdən bəhs edərək, bu işlərin qarşıdakı dövrdə daha da genişləndiriləcəyini bildirib. Və sözü 2025-ci ildə bu sahədə uğurlu layihələrə imza atan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verib. Mahirə xanım maarifləndirmə işinin, xüsusilə rayonlarda yaşayan qərbi azərbaycanlılarla görüşlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, orta məktəblərdə Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

    İclasda Milli Məclisin deputatları İlham Məmmədov, Aydın, Mirzəzadə, Elşad Musayev, AMEA Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tanınmış ictimai xadim Rauf Zeyni və digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz rəy və təkliflərini bildiriblər.

    İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib
    #Azərbaycan #Qərbi Azərbaycan #Elm və Təhsil Nazirliyi #Qərbi Azərbaycan İcması #Əziz Ələkbərli #AMEA #Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) #Osman Hacıyev #Asiman Həsənov #Faiq Xudayev #Xalid Niyazov #Afət Abbasova #Zahid Cəfərov #Nazir Əhmədli #Təmraz Tağıyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    26 Avqust 2026 18:46
    XƏBƏR LENTİ

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.