#Əziz Ələkbərli

Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib. Tədbir “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi və etnoqrafiyası sərgilərdə nümayiş etdirilib. Çıxışlarda milli yaddaşın qorunması və qayıdış konsepsiyası vurğulanıb. Tədbirdə konsert proqramı və mədəni çıxışlar təqdim olunub. Festival xatirə şəkilləri ilə yekunlaşıb.

QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Qərbi Azərbaycan İcmasının 2022-ci ildə təsis olunması dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür və soydaşlarımızın doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, QMİ beynəlxalq platformalarda Qərbi Azərbaycanla bağlı həqiqətləri mütəmadi olaraq gündəmə gətirir və dini-mənəvi irsin qorunması məsələsini daim diqqətdə saxlayır.

3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib.

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir