#Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

“Startup School Quba” layihəsi çərçivəsində ADPU-nun Quba filialında “Elmin kommersiyalaşdırılması: Startap layihələrin formalaşdırılması və inkişafı” mövzusunda təlim uğurla təşkil olundu. Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı və ADPU-nun Quba filialı ilə birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək-QİAD platformasının və "Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin tərəfdaşlığı ilə təşkil olunaraq, regionda innovasiya və startap ekosisteminin inkişafına mühüm töhfə verdi.

3 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib. İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq 20 dekabr 2025-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib.