Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb

    27 Yanvar 2026 20:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yüz minlərlə vətəndaşı aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

    AzerVoice xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyində 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib. Onun sözlərinə görə, ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 189 min nəfər münasib işlərlə təmin edilib, 16,8 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.

    Bildirilib ki, 2025-ci ildə özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinə daha 5 yeni istiqamət əlavə olunub, mövcud istiqamətlər təkmilləşdirilib və ilk dəfə klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib.

    Agentlik rəhbəri “Məşğulluğa Dəstək Layihəsi”nin icrasının uğurla davam etdiyini vurğulayaraq qeyd edib ki, 2020–2025-ci illərdə bu layihə çərçivəsində 26,7 min nəfər üçün kiçik bizneslər qurulub. Növbəti mərhələdə isə əlavə 30 min nəfərin kiçik biznes yaratmasına dəstək göstərilməsi planlaşdırılır.

    Konfransda bildirilib ki, 2025-ci ildə 18,4 min şəxs peşə hazırlığı kurslarına cəlb edilib, Bakı və regionlarda 218 əmək yarmarkası təşkil olunub, bu yarmarkalarda 18 mindən çox vakansiya təqdim edilib. Eyni zamanda 343 min şəxsə düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü xidmətləri göstərilib. Ötən il “PeşəFest” tədbirləri davam etdirilib, Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib.

    Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramının icrası və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu da diqqətə çatdırılıb.

    Mətbuat konfransında Agentliyin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də bəhs olunub. Bildirilib ki, qurum ötən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib və 13 beynəlxalq mükafata layiq görülüb. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə əsas hədəfləri açıqlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

    Dövlət Məşğulluq Agentliyi 2025, aktiv məşğulluq tədbirləri Azərbaycan, özünüməşğulluq proqramı nəticələri, peşə hazırlığı kursları, əmək yarmarkaları, işlə təminat statistikası, məşğulluq siyasəti Azərbaycan, 2026 məşğulluq hədəfləri, dövlət məşğulluq proqramları, State Employment Agency Azerbaijan, employment programs 2025, self employment Azerbaijan, labor market policy, Государственное агентство занятости Азербайджан, программы занятости, самозанятость, وكالة التوظيف الحكومية أذربيجان, برامج التوظيف, 就业 机构 阿塞拜疆, 就业 计划, 고용청 아제르바이잔, 고용 프로그램, Agence de l’emploi Azerbaïdjan, politiques de l’emploi, Agência de Emprego Azerbaijão, programas de emprego, İstihdam Ajansı Azerbaycan, aktif istihdam politikaları, 雇用 政策 アゼルバイジャン

    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb
    #Azerbaycan’da aktif istihdam politikaları #Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin nəticələrini açıqladı #2025-ci ildə 567 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub #Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini təqdim etdi #Özünüməşğulluq proqramı üzrə yeni mərhələ başlayır #Minlərlə vətəndaş işlə təmin edilib – rəsmi açıqlama #Dövlət Məşğulluq Agentliyində ilin yekunları müzakirə olundu #Azerbaycan’da istihdam ajansı 2025 sonuçlarını açıkladı #567 bin kişi istihdam programlarına dahil edildi #Azerbaycan’da kendi işini kuranların sayısı artıyor #Devlet İstihdam Ajansı 2026 hedeflerini duyurdu #İstihdamda yeni projeler devreye alınıyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi

    12 Avqust 2026 21:03

    İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

    12 Avqust 2026 16:33

    ABŞ-də texnologiya şirkətlərinə qarşı böyük məhkəmə prosesi başlayır

    10 Avqust 2026 20:19

    Ghostly Kisses Səudiyyə Ərəbistanında səhnəyə çıxacaq

    10 Avqust 2026 16:20

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Mediasiya məhkəməni əvəz edirmi?

    10 Avqust 2026 11:58

    Bakı Təşəbbüs Qrupu 9 Avqust - Beynəlxalq Yerli Xalqlar Günü ilə bağlı məlumat yayıb

    9 Avqust 2026 17:28

    Linuxda terminalın fərdiləşdirilməsi: Alias yaratmaq və .bashrc faylı

    9 Avqust 2026 16:00

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    9 Avqust 2026 08:24

    "Apple" Çində süni intellekt rəqabətini "Qwen" ilə gücləndirir

    8 Avqust 2026 20:27

    Levi Strauss kibertəhlükəsizlik insidentini açıqlayıb

    7 Avqust 2026 19:34

    2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin edilib

    27 Yanvar 2026 12:30
    XƏBƏR LENTİ

    Qlobal siyasətin yeni cəbhəsi: Kosmik diplomatiyanın əhəmiyyəti artır

    Bu gün Berlin bölündü

    Tarixdə bu gün –13 Avqust

    ABŞ-da 1 000 saxta nikahla bağlı böyük immiqrasiya işi açılıb

    İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası danışıqlara ziddir

    CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi

    İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

    Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.