#Dövlət Məşğulluq Agentliyində ilin yekunları müzakirə olundu

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yüz minlərlə vətəndaşı aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Dövlət Məşğulluq Agentliyində 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov məlumat verib. Onun sözlərinə görə, ötən il 567 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 189 min nəfər münasib işlərlə təmin edilib, 16,8 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.