ABŞ Ədliyyə Nazirliyi "The New York Times" qəzetinin bir neçə jurnalistini ifadə verməyə çağırıb. Məsələ Donald Tramp üçün Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsi barədə dərc olunan materialla bağlıdır. Çağırış sənədləri federal böyük münsiflər heyəti qarşısında ifadə verməyi nəzərdə tutur. Qəzet bunu müstəqil mediaya təzyiq kimi qiymətləndirib. Ədliyyə Nazirliyi isə məqsədin məxfi məlumatların sızdırılmasını araşdırmaq olduğunu bildirib. Ağ ev məsələ ilə bağlı şərh verməyib. Mətbuat təşkilatları bu addımı söz azadlığına təhlükə adlandırıblar. Hadisə ABŞ-də media azadlığı ilə bağlı yeni müzakirələrə səbəb olub.
#Ədliyyə nazirliyi
ABŞ Ədliyyə Nazirliyi Qautam Adaniyə qarşı ittihamların ləğvini istəyib. Nazirlik işin əsasən xarici yurisdiksiyaya aid olduğunu bildirib. Məhkəmə əvvəlcə prokurorlardan qərarı əsaslandırmağı tələb etmişdi. Yeni sənəddə işin ABŞ maraqları ilə əlaqəsiz olduğu qeyd olunub. İttihamların sübut edilməsinin çətin olduğu vurğulanıb. Ödənişlərin Hindistan daxilində baş verdiyi bildirilir. İşin davamının məqsədəuyğun olmadığı açıqlanıb.
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüş keçirib. Tərəflər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin əhəmiyyəti vurğulanıb. Son illərdə qarşılıqlı səfərlərin və imzalanmış sənədlərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Həmçinin birgə fəaliyyət mexanizmlərinin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər hüquq və ədliyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.
ABŞ Hindistanın Adani Enterprises şirkəti ilə İran sanksiyaları pozuntusu işi üzrə 275 milyon dollarlıq razılaşma əldə edib. Əməliyyatlar 32 potensial inzibati pozuntu ilə əlaqələndirilir və şirkət ABŞ iqtisadiyyatına 10 milyard dollarlıq investisiya vəd edib.
Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
ABŞ Ədliyyə Nazirliyi və Əmtəə Fyuçersləri Ticarət Komissiyası Yaxın Şərqdəki müharibə ilə bağlı mühüm siyasi açıqlamalardan əvvəl həyata keçirilən şübhəli neft ticarəti əməliyyatlarını araşdırır. İddialara görə, bəzi treyderlər bazarın kəskin enişindən əvvəl neft qiymətlərinin düşəcəyinə milyardlarla dollar həcmində mərc ediblər. Araşdırma Donald Tramp və İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarından öncə baş verən ən azı dörd iri əməliyyatı əhatə edir.
ABŞ-də keçmiş təhlükəsizlik rəsmisinə qarşı ciddi ittiham irəli sürülüb. ABŞ məhkəmə orqanları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini ölkənin prezidenti Donald Trampı ölümlə hədələməkdə ittiham edib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasın Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr keçirilib.
Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəsini bir oxunuşda qəbul edib.Bildirilib ki, 2025-ci ildə yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən ölkə üzrə bələdiyyələrin sayı 1 606-dan 685-dək azaldılıb. Qanunun icrasını təmin etmək üçün “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında komissiyalar yaradılıb və onların yerdəki fərdi tərkibinin təsdiqi, komissiyalara sədrlik edilməsi və karküzarlıq işinin təşkili Ədliyyə Nazirliyinə həvalə edilib.
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Abiddin Hüseynov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Ədliyyə nazirinin müavini Orozbek Sıdıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, bununla bağlı rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib. Yeni idarə heyəti qarşıdakı dövrdə qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti bundan sonra da dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.