Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

    7 Yanvar 2026 13:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yanvarın 5-dən etibarən "Xaçmaz KOB evi"ndə yeni xidmətlər göstərilməyə başlanıb.

    Bu barədə AzerVoice-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

    Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq "Xaçmaz KOB evi"ndə həyata keçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın "Xaçmaz KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

    Qeyd edək ki, KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən "G2B" və "B2B" xidmətlərin təqdim edildiyi vahid məkandır. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir. Hazırda Bakı, Xaçmaz, Şuşa və Yevlax şəhərlərində KOB evləri, Xudat şəhərində "Xaçmaz KOB evi"nin xidmət mərkəzi fəaliyyət göstərir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulmaq, bank, sığorta və s. xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

    #Xaçmaz #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #KOBİA #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) #KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    22 İyul 2026 10:54

    Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

    24 İyun 2026 12:15

    Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

    8 May 2026 18:24

    Xaçmazın Cığatay kəndində evlərini su basan 22 nəfər təxliyə edilib

    28 Mart 2026 15:40

    Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa

    7 Mart 2026 10:28

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib

    26 Fevral 2026 14:47

    Bütün sosial ödənişlər fevralın 26-da yekunlaşdırılacaq

    25 Fevral 2026 15:06

    Yanvarda əlilliyə görə ödəniş alanların sayı açıqlanıb

    25 Fevral 2026 14:28

    Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib

    25 Fevral 2026 11:39

    Keçən ay DSFM tərəfindən 45 mindən çox vətəndaş qəbul edilib

    24 Fevral 2026 12:32

    Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

    20 Fevral 2026 12:45

    Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

    17 Fevral 2026 14:21
    XƏBƏR LENTİ

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.