Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimləri davam edir. Qeyd edilib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir və qurbanların xatirəsinin anılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
#Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi
Fevral ayı üzrə sosial ödənişlərin tam şəkildə həyata keçirilməsi üçün son tarix açıqlanıb. Bildirilib ki, ödənişlər müəyyən olunmuş qrafikə uyğun şəkildə vətəndaşların bank hesablarına köçürülür. Sosial təminat tədbirləri çərçivəsində əhalinin həssas qruplarının vaxtında maliyyə dəstəyi ilə təmin edilməsi prioritet olaraq qalır
2026-cı ilin yanvar ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alan şəxslərin sayı məlum olub. Cari ilin yanvar ayı ərzində əlilliyə görə 251 001 nəfər şəxs pensiya, 227 198 nəfər şəxs aylıq müavinət, 92 643 nəfər şəxs isə Prezident təqaüdü alıb. Məlumata əsasən, sosial təminat sisteminin əhatə dairəsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət tərəfindən dəstəyin davamlı şəkildə həyata keçirilməsinə yönəlib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2026-cı ilin yanvar ayında 626 min müraciət edilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
2026-cı ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Həmin vətəndaşların 93 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 370 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 886 nəfəri mərkəzi, 41 935 nəfəri isə regional filiallarda qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 2800 şəxsi 123 min reabilitasiya vasitəsi ilə təmin edib. Həmçinin əlilliyi olan şəxslərə 811 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 321 eşitmə aparatı, 28 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Bu tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Ötən ay 950 şəxs üçün isə Agentlik tərəfindən peşə hazırlığı kursları təşkil olunub, 15075 şəxsə peşəyönümü xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında kadr dəyişikliyi olub.Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib. 1990-cı il martın 3-də Bakı şəhərində anadan olan Nihad Muxtarlı 2007-ci ildə 289 saylı “Zəngi” liseyini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Ötən dövrdə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 13-də Biləsuvar rayonunda sakinləri qəbul edib. R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində kiçik biznesini qurmuş daha 250 benefisiara bizneslərini genişləndirmələri üçün bu il əlavə dəstək göstəriləcək. Bunun üçün növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsi keçiriləcək. Müsabiqədə Layihə çərçivəsində istehsal və xidmət sahələri üzrə avadanlıq almaqla kiçik biznesini qurmuş şəxslərdən müsabiqənin şərtlərinə uyğun olanlar seçiləcək.