Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans keçirilib. Tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib, Ulu Öndərin dövlətçilik irsi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyasının əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində sərgi təşkil olunub və Heydər Əliyevin həyatına həsr edilən sənədli film nümayiş etdirilib.
#Xaçmaz
Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb. Dərhal əraziyə nazirliyin Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq. tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan iri holdinqlərin, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.
Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.
Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər. 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.
Yanvarın 5-dən etibarən "Xaçmaz KOB evi"ndə yeni xidmətlər göstərilməyə başlanıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq "Xaçmaz KOB evi"ndə həyata keçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın "Xaçmaz KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə qastrol səfərləri təşkil edilir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
Xaçmaz rayonunda 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və Ədliyyə Nazirliyinin regionda fəaliyyət göstərən əməkdaşları iştirak edib.
Sahibkarlar KOB evinin Xudatdakı xidmət mərkəzinə daha çox ixracla bağlı xidmətlər üçün müraciət edirlər. “Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City” Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib. 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir.
Avqustun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.