Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev

    24 Noyabr 2025 15:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Regionlarda mediasiya institutunun geniş təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə Quba 1 saylı MT direktoru, hüquqşünas mediator Hümmət Əliyev növbəti maarifləndirici görüşünü Xaçmaz şəhərində keçirib. h

    AzerVoice xəbər verir ki, görüş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri ilə baş tutub.

    Tədbir Xaçmaz rayon Vəkil Bürosunda təşkil olunub və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüş zamanı mediasiya sahəsində aktual yeniliklər, tətbiq mexanizmləri, mediator-vəkil əməkdaşlığının əhəmiyyəti və mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında rolu ilə bağlı geniş müzakirələr aparılıb. Hümmət Əliyev regionlarda mediasiyanın inkişafının tərəflər arasında daşınmaz hüquq münasibətlərinin daha səmərəli həllinə şərait yaratdığını qeyd edib.

    Tədbirə ev sahibliyi edən Xaçmaz rayon Vəkil Bürosunun sədri – peşəkar hüquqşünas vəkil - #VüsalHacıyev mediasiya institutunun vətəndaşlara təqdim olunan hüquqi xidmətin keyfiyyətini artırdığını vurğulayıb. O, mediasiyanın vaxt və resurs baxımından üstünlüklərini qeyd edərək gələcəkdə də bu cür əməkdaşlığın davam etdirilməsinin önəmini bildirib.

    Görüşün sonunda Quba 1 saylı Mediasiya Təşkilatının adından Vüsal Hacıyevə əməkdaşlığa verdiyi dəstəyə görə xalça üslubunda hazırlanmış xüsusi Plaket təqdim edilib. Daha sonra xatirə şəkli çəkilib, görüş qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda başa çatıb.

    #Azərbaycan #Quba #Hümmət Əliyev #Quba 1 saylı Mediasiya Təşkilatı #Mediasiya institutunun təbliği #Hümmət Əliyevin maarifləndirici görüşü #Xaçmaz rayon Vəkil Bürosu #Mediasiyada hüquqi maarifləndirmə #Mediasiya və vəkil əməkdaşlığı #Mediasiyanın tətbiq mexanizmləriMediasiyanın tətbiq mexanizmləri #Mediasiyanın üstünlükləri #Alternativ mübahisə həlli üsulları #Hüquqi xidmətlərin keyfiyyəti #Daşınmaz hüquq münasibətlərinin həlli #Hüquqi maarifləndirmə tədbirləri #Regionlarda mediasiyanın inkişafı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Mediator özünü necə inkişaf etdirməlidir?

    31 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.