Regionlarda mediasiya institutunun geniş təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə Quba 1 saylı MT direktoru, hüquqşünas mediator Hümmət Əliyev növbəti maarifləndirici görüşünü Xaçmaz şəhərində keçirib. Tədbir Xaçmaz rayon Vəkil Bürosunda təşkil olunub və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüş zamanı mediasiya sahəsində aktual yeniliklər, tətbiq mexanizmləri, mediator-vəkil əməkdaşlığının əhəmiyyəti və mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında rolu ilə bağlı geniş müzakirələr aparılıb. Hümmət Əliyev regionlarda mediasiyanın inkişafının tərəflər arasında daşınmaz hüquq münasibətlərinin daha səmərəli həllinə şərait yaratdığını qeyd edib.