Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Həccdə Zəvvar məmnunluğu 91 faiz təşkil edib

    10 Noyabr 2025 08:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həccdə Zəvvar məmnunluğu 91 faiz  təşkil edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Səudiyyə Ərəbistanı ötən il keçirilən Həcc mövsümünün bütün sahələrdə uğurlu və müstəsna keçdiyini açıqlayıb. Rəsmi məlumatlara əsasən, 1446-cı il Həcci son 50 ilin ən yaxşı mövsümü hesab olunur və zəvvarların məmnunluq səviyyəsi 91 faizə yüksəlib. Həmçinin müqəddəs məkanlarda hazırlıq işlərinin 50 faizinin tamamlandığı bildirilib. Məkkə və Mədinədə 71 tarixi və mədəni məkanın restavrasiya etdirildiyi, üç milyondan çox ziyarətçi tərəfindən ziyarət edildiyi və məmnunluq göstəricisinin 95 faiz olduğu vurğulanıb.

    AzerVoice xəbər verir ki, bu açıqlamalar Ciddədə keçirilən və beşinci dəfə təşkil olunan Həcc Konfransı və Sərgisinin açılışında səsləndirilib. “Məkkədən dünyaya” şüarı ilə keçirilən tədbirdə “Həcc və Hərəmeyn tarixi” adlı yeni elmi təşəbbüs təqdim olunub. Layihə Həccin tarixini İslamdan əvvəlki dövrdən başlayaraq Səudiyyə Ərəbistanı dövrünə qədər sənədləşdirməyi hədəfləyir.

    Konfransı Məkkə bölgəsinin müavin əmiri şahzadə Səud bin Mişal bin Əbdüləziz açıb. Tədbir üç gün davam edəcək və müxtəlif sahələr üzrə 50-dən çox yerli və beynəlxalq mütəxəssis iştirak edəcək. Konfrans Həccin elmi müstəvidə sənədləşdirilməsi, mədəni irsin qorunması və müasir yanaşmaların tətbiqi baxımından mühüm platforma kimi qiymətləndirilir.

    Açılış nitqində şahzadə Səud bin Mişal Həzrət Kral Salman bin Əbdüləzizin mesajını çatdıraraq, Səudiyyə Ərəbistanının Həccə xidmət etməyi tarixi məsuliyyət və dini borc kimi qəbul etdiyini bildirib. O, 1446-cı il Həcc mövsümünün təşkilati və xidmət baxımından yüksək səviyyədə keçirildiyini qeyd edib və növbəti illərdə xidmətlərə daha da təkmil yanaşma tətbiq ediləcəyini bildirib.

    Kral Əbdüləziz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri şahzadə Feysəl bin Salman öz çıxışında Həccin sadəcə mövsümi ibadət deyil, tarix boyunca tövhidə doğru uzanan mənəvi yolçuluq olduğunu deyib. O, Səudiyyə dövlətinin tarixindən bu günə qədər Həccə xidmət etməyi müstəqim bir siyasi və dini xətt kimi davam etdirdiyini bildirib.

    Həcc və Ümrə naziri Dr. Töfiq ər-Rabiə qeyd edib ki, 1446-cı ilin Həcci son 50 ildə ən uğurlu mövsüm kimi qeydə alınıb. O, zəvvarların məmnunluq göstəricisinin 2022-ci ildəki 74 faizdən 91 faizə yüksəldiyini bildirib. Nazirin sözlərinə görə, növbəti Həcc mövsümünə hazırlıqlar 13 Zilhiccə tarixindən başlayıb və bütün dövlət qurumlarının iştirakı ilə davam edir.

    Nazir həmçinin müqəddəs məkanların 50 faizinin artıq hazır olduğunu, qalan işlərin Zilqədə ayının əvvəlində tamamlanacağını bəyan edib. Yaşayış və mehmanxana obyektlərinin 70 faizinin hazır olduğu, “Nusuk” tətbiqinin istifadəçi sayının 40 milyonu keçdiyi və süni intellekt texnologiyaları ilə təkmilləşdirildiyi açıqlanıb.

    Konfrans Kral Salman bin Əbdüləzizin himayəsi altında, Həcc və Ümrə Nazirliyinin təşkilatçılığı və Zəvvarlara Xidmət Proqramının əməkdaşlığı ilə keçirilir. Tədbirə yerli və beynəlxalq rəsmi nümayəndəliklər, akademiklər və Həcc missiyaları qatılıb. Konfrans Həcc xidmətlərində modern yanaşmaların, innovativ texnologiyaların və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından qlobal platforma kimi dəyərləndirilir.

    #Səudiyyə Ərəbistanı #Həcc #Həcc ziyarəti #Həcc və Ümrə ziyarəti #Həcc qaydaları #Həcc səfəri tarixi #Həcc 2025 yolları #Həcc üçün quru yollar #Müasir həcc logistika sistemi #Həcc 2026 #Həcc və Hərəmeyn tarixi #Məkkədən dünyaya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    20 İyul 2026 21:10

    Husilər bütün variantlara hazır olduqlarını açıqlayıblar

    20 İyul 2026 18:33

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    19 İyul 2026 21:55

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    18 İyul 2026 21:03

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    Qətər Husilərin Səudiyyə Ərəbistanına hücumunu sərt şəkildə pisləyib

    14 İyul 2026 22:49

    Körfəz ölkələrinin hava qalxanı nə qədər effektivdir?

    14 İyul 2026 20:08

    Oman Hörmüz boğazında neytral mövqeyini açıqlayıb

    14 İyul 2026 18:59

    İran Səna hava limanına hücumu pisləyib

    13 İyul 2026 22:27
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.