Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Komitəsinin sədri Ordubadda məscidləri ziyarət edib

    4 Noyabr 2025 09:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Komitəsinin sədri Ordubadda məscidləri ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Ordubad şəhərindəki "Cümə" və "Sərşəhər" məscidlərini ziyarət edib.

    Ziyarət zamanı məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə keçirilən görüşlərdə dövlət–din münasibətləri, dini maarifləndirmə işinin təşkili və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

    AzerVoice xəbər verir ki, Komitə sədri dövlətin dinə dəstəyinin cəmiyyətin sosial və mənəvi inkişafına xidmət etdiyini qeyd edib. Bildirib ki, din insanların birgəyaşayışını təşviq edən, qarşılıqlı hörmət və anlayışa əsaslanan mühüm dəyərdir. Bəzi qrupların dinin gücündən cəmiyyətin parçalanması və qarşıdurmaların yaranması üçün vasitə olaraq istifadə etdiyini nəzərə alaraq, düzgün dini təhsil və mütəmadi maarifləndirmənin aparılmasınını xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Ramin Məmmədov əlavə edib ki, dövlətin həyata keçirdiyi siyasət dinlərarası dialoqun inkişafına, müxtəlif dini icmalar arasında sülhün və harmoniyanın qorunmasına yönəlib. O, din xadimlərinin bu sahədəki fəallığını, dini təbliğat və maarifləndirmə prosesində iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Din xadimlərinin peşəkar inkişaflarının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

    Din xadimləri bildiriblər ki, ölkəmizdə dini ibadət yerlərinin bərpası dövlətin dinə qayğısının real nümunəsi olmaqla yanaşı, inanclı insanların mənəvi həyatına da müsbət təsir göstərir. Eyni zamanda dini konfessiyalar arasında mütəmadi dialoq və əməkdaşlıq, dini maarifləndirmə tədbirləri bölgədə dini sabitliyin qorunmasına və gənclərin sağlam mənəvi ruhda yetişməsinə töhfə verir.

    Görüşlərdə din xadimlərinin təklifləri dinlənilib, onları maraqlandıran müxtəlif məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Dövlət Komitəsinin sədri Ordubadda məscidləri ziyarət edib
    Dövlət Komitəsinin sədri Ordubadda məscidləri ziyarət edib
    Dövlət Komitəsinin sədri Ordubadda məscidləri ziyarət edib
    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Ordubad
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.