Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb

    14 Dekabr 2023 16:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) və Litva Respublikasının Mikolas Romeris Universiteti (MRU) arasında Vilnüs şəhərində magistratura səviyyəsində “Beynəlxalq və Avropa biznes hüququ” üzrə ikili dərəcə proqramına dair müqavilə imzalanıb.

    AzerPress xəbər verir ki, Akademiyanın beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində 2023-cü ilin may-noyabr ayları ərzində hazırlanmış ikili dərəcə proqramı üzrə müqavilənin imzalanması məqsədilə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru və ikili dərəcə proqramının koordinatoru Elvin Mecidov və Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Litva Respublikasına səfər ediblər.

    İki günlük ezamiyyə səfərinin 1-cü günündə DGKA nümayəndələri MRU qərargahında universitetin rektoru prof. İnqa Zaleniene, MRU Hüquq Məktəbinin Xüsusi Hüquq İnstitutunun direktoru və ikili dərəcə proqramının MRU-dakı koordinatoru prof. Virginiyus Bayt, MRU Hüquq Məktəbinin beynəlxalq əlaqələr və çalışmalar üzrə dekan müavini Yolanta Apoleviç və MRU Beynəlxalq Şöbəsinin direktoru Audra Burokiene ilə görüşüblər.

    Müqavilənin imzalanması ilə bağlı keçirilən tədbirdə MRU rektoru xanım Zaleniene DGKA nümayəndə heyətini salamlayaraq, iki ali təhsil müəssisəsi arasında münasibətlərin uğurla inkişaf etdiyini, ikili dərəcə proqramının yaradılmasının və müqavilənin imzalanmasının bu münasibətlərin növbəti uğur hekayəsi olmasından böyük məmnuniyyət duyduğunu ifadə edib. O, həmçinin beynəlxalq layihənin innovativ əhəmiyyətindən bəhs edərək MRU-nun layihəni dəstəkləyəcəyini vurğulayıb.

    Akademiyanın rəisi Qulu Novruzov MRU rektoruna və heyətinə dərin təşəkkürlərini bildirərək Akademiya haqqında məlumat verib. O, MRU ilə ikili dərəcə proqramının Akademiya təcrübəsində bir ilk olduğunu vurğulayaraq beynəlxalq əməkdaşlıq fəaliyyətlərinin Akademiya üçün əhəmiyyətindən bəhs edib. Q. Novruzov MRU-nun həm də Akademiyanın Avropa Komissiyası tərəfindən beynəlxalq müsabiqədə seçilmiş beynəlxalq layihəsinin - “Mütərəqqi Avropa və beynəlxalq standartlara əsaslanan Beynəlxalq Ticarət, Gömrük, Logistika və Təchizat Zənciri üzrə qabaqcıl Magistr Dərəcə Proqramının yaradılması” (“Excellent MA ITCLSC”) adlı layihəsinin də tam tərəfdaşı olduğunu qeyd edib.

    Tədbirin 2-ci günündə MRU ilə DGKA arasında “Excellent MA ITCLSC” beynəlxalq layihəsi üzrə xüsusi seminar təşkil edilib. Seminarda layihə haqda geniş təqdimatla çıxış edən beynəlxalq layihənin müəllifi və koordinatoru Elvin Mecidov icrasına başlanılacaq layihədə MRU heyətinin planlaşdırılmış fəaliyyətlərini vurğulayaraq DGKA tərəfindən icra olunacaq və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində gömrük, ticarət, logistika və təchizat zənciri üzrə dünyanın ilk birgə beynəlxalq magistratura proqramının yaradılmasının nəzərdə tutulduğunu bildirib.
    Layihənin MRU komandasını təşkil edən MRU alimləri – Dövlət İdarəçiliyi və Biznes Fakultəsinin Menecment və Siyasi Elmlər İnstitutunun direktoru xanım prof. Birute Miçkoviçiene, dekan müavini dos. Dr. İrmantas Rotomskis və Biznes və İqtisadiyyat İnstitutunun təchizat zənciri sahəsi üzrə prof. Aidas Vasiliauskas layihə çərivəsində nəzərdə tutulan, xüsusilə, hüquq, logistika və təchizat zənciri sahələrində proqram kurrikulumunun yaradılması üzrə planlaşdırılan fəaliyyətlərdən bəhs ediblər.

    Qeyd edək ki, MRU Litvada əsasən sosial elmlər və hüquq-mühafizə təhsili sahəsində ixtisaslaşmış dövlət ali təhsil müəssisədir. Litvanın keçmiş Polis Akademiyası statusunu daşımış hazırkı universitet Litvanın hüquq-mühafizə orqanları, xüsusilə, gömrük xidməti kadrları üçün əsas təlim-tədris qurumudur.
    DGKA ilə MRU arasında əməkdaşlıq 2020-ci ilin yanvar ayında qurulmağa başlanmış və 2020-ci ilin avqust ayında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Tərəflər arasında Vilnüsdə imzalanmış yeni müqavilə çərçivəsində 2 il müddətini əhatə edəcək, ingilis dilində tədris olunacaq ikili magistratura dərəcəsi proqramı 120 kreditdən ibarətdir. Müqavilə çərçivəsində Akademiya tələbələri MRU-da beynəlxalq miqyasda və bütövlükdə Aİ ölkələrini əhatə edən şirkət hüququ, vergi hüququ, müflisləşmə hüququ, bankçılıq hüququ və əmək hüququ sahələrində iki semestr təhsil alaraq magistratura dissertasiyalarını MRU-da müdafiə etdikdən sonra MRU-nun “Beynəlxalq və Avropa biznes hüququ” magistratura dərəcəsini və eyni zamanda Akademiyadan “Beynəlxalq iqtisadi hüquq” magistratura dərəcəsini qazanacaqlar. Eyni zamanda MRU tələbələri DGKA-nın “Beynəlxalq iqtisadi hüquq” magistratura proqramında təhsil alaraq həmin proqram üzrə magistratura dərəcəsini əldə edəcəklər.

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb
    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb
    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb
    Gömrük Akademiyası ilə Litvanın Mikolas Romeris Universiteti arasında ikili dərəcə proqramı müqaviləsi imzalanıb
    #Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) #Litva #Mikolas Romeris Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Litva Baş naziri istefa verir?

    27 May 2026 11:55

    Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub

    10 Aprel 2026 18:00

    Litvanın Baş naziri Azərbaycana səfərə gəlib

    8 Aprel 2026 20:58

    Litvanın Baş naziri Azərbaycana gəlir

    8 Aprel 2026 10:09

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    24 Yanvar 2026 14:22

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19

    Litvada NATO təlimləri zamanı belçikalı əsgər həlak olub

    30 Noyabr 2025 18:06

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Azərbaycan - Gürcüstan ticarət dövriyyəsi 624 milyon dolları keçib

    1 Noyabr 2025 08:16

    NATO təyyarələri Estoniyanın hava məkanında təlimlər keçirəcək

    8 Sentyabr 2025 18:19

    Almaniyada Avropanın ən böyük sursat zavodu istifadəyə verildi

    8 Sentyabr 2025 17:05
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.