Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir

    24 Aprel 2025 12:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlığı genişləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

    AzerVoice xəbər verir ki, 24 – 27 aprel tarixlərini əhatə edən səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı Anlaşma Memorandumunun müddətinin uzadılmasından ibarətdir.

    Səfər çərçivəsində 24 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin iştirakı ilə hər iki təşkilatın nümayəndələri arasında görüş keçirilib.

    Qonaqları salamlayan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb.

    "Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir. Uzun illərdir tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosio-texniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsinnəticəsinə təsir göstərə bilməsin. Həmçinin kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfəveririk" - deyə sədr qeyd edib.

    Dövlət İmtahan Mərkəzinin ölkəmizdə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib.

    Bundan əlavə, DİM-in elektron imtahanlarkorpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesininrəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib və orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yaradıldığı vurğulanıb.

    Daha sonra çıxış edən MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə öz təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.

    Görüşdə həmçinin qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub və yeni əməkdaşlıq istiqamətlərinin nəzərdə tutulduğu memorandumun imzalanması məqsədəuyğun hesab edilib. Tədbir çərçivəsində sözügedən sənəd imzalanıb.

    Xatırladaq ki, memorandum çərçivəsində Azərbaycan və gürcü dili fənləri üzrəmüxtəlif imtahanlarda istifadə olunan test tapşırıqlarının qarşılıqlı nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işləri aparılır.

    Görüşdən sonra Gürcüstanın nümayəndə heyəti DİM-in inzibati binasında yerləşən milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, imtahan materiallarının hazırlandığı qapalı zona, həmçinin onların avtomatlaşdırılmış çapı sistemi ilə tanış olublar.

    "Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi" haqqında qonaqlara məlumat verən DİM-in əməkdaşı 2012-ci ildən etibarən çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirmək, yəni sual kitabçasını hər bir iştirakçının adına çap etmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarınıntəhlükəsizliyini təmin etmək məqsədilə bu layihənin tətbiqinəbaşlanıldığını qeyd edib.

    "Bu layihə DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün fərdi sual kitabçalarının hazırlanmasına imkan verir. Bu sistem imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir" – deyə o bildirib.

    Xatırladaq ki, qonaqlar aprelin 25-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunu ziyarət edəcəklər və orada imtahan iştirakçıları üçün yaradılan şəraitlə tanış olacaqlar. Həmçinin DİM-in təcrübəsinin qarşı tərəflə paylaşılması məqsədilə Mərkəzin aidiyyəti struktur bölmələri tərəfindən müxtəlif təqdimatlar ediləcək. Aprelin 27-də isə qonaqlar ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını müşahidə edəcəklər.

    #Azərbaycan #Gürcüstan #DİM #imtahan #Dövlət İmtahan Mərkəzi (DİM)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.