Bakı. AzerVoice
Gender bərabərliyi nədir və nə üçün vacibdir?
Gender bərabərliyi qadın və kişi fərdlərinin həyatın bütün sahələrində xüsusən də hüquqi,iqtisadi,sosial və siyasi aspektlərində bərabər hüquq və imkanlara malik olmasıdır. Qeyd edim ki,gender bərabərliyi ədalətli cəmiyyətin təməli rolunu oynayır.
Tarixin müxtəlif səhifələrində kişi və qadın arasındakı bərabərsizliklərə,kişilərin ön planda tutulmasına,hətta ilahiləşdirilməsinə şahid oluruq.Elə həmin dövrün təsirinin nəticəsidir ki,qadınların hüquqlarının ön plana çıxarılması belə məşəqqətli yol qət etmişdir.
Hal-hazırda beynəlxalq təşkilatlar bir sıra qlobal və əhəmiyyətli problemlər üzərində çalışmaqdadır.Belə ki gender bərabərliyi məsələsi də onların daim diqqət mərkəzindədir.
Gender bərabərliyi və digər mühüm sahələrlə yaxından maraqlanan təşkilatlardan biri BMT-dir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG5) cinsiyyət bərabərliyini və qadınların sosial həyatda aktivliyini hədəfləyir. Bu proqram qadınlara qarşı zorakılığı aradan qaldırmaq,onların qərarvermə proseslərində yaxından iştiraklarını təmin etmək kimi məqsədləri özündə cəmləşdirir.
Bundan əlavə BMT-nin Qadınlar üzrə Təşkilatı (UN Women) da qadın hüquqları sahəsində qlobal liderlik edir.
Hazırda gender bərabərliyi sahəsində mövcud olan ciddi problemlərdən biri qadın və kişilər arasında əmək haqqı fərqinin olmasıdır. Belə ki, bərabərliyi sözdə qəbul etmiş bir sıra ölkələrin əmək bazarlarında qadın və kişilər arasında eyni əməyə görə qeyri-bərabər əmək haqqı verilməkdədir. Avropa Birliyi də bu problemin həlli üçün addımlar atır. Qadınların əmək bazarına daxil olması,əmək haqqı fərqlərinin azaldılması istiqamətində fəaliyyət göstərir.
1995-ci ildə keçirilən Pekin Konfransında qəbul edilən Pekin Platformasının da bu sahədə fəaliyyətini yüksək qiymətləndirmək olar.
İndi isə gender bərabərliyinə daha çox imkan yaradan ölkələri qeyd etmək istəyirəm. İsveç,Norveç,Finlandiya,İslandiya,Kanada və digər ölkələr gender bərabərliyini dəstəkləmək və təmin etmək üçün dövlət səviyyəsində addımlar atır. İslandiya 2018-ci ildə qadınlarla kişilər arasında əmək haqqı fərqini tamamilə aradan qaldırmaq üçün qanun qəbul edən ilk ölkə olmuşdur. Digər qeyd olunan ölkələr də qadınların siyasi arenada daha çox təmsil olunmasına xüsusi diqqət yetirməkdədirlər. Artıq illərdir ki, Azərbaycan da qadın və kişi cinsləri arasındakı qeyri-bərabərsizlikləri aradan qaldırmağa yönəlmiş siyasət yürüdür. Bu sahədə bir çox yeni qanunvericilik aktları qəbul olunmuş,mövcud olanlara isə müəyyən dəyişikliklər edilmişdir. Hal-hazırda ölkəmizdə gender bərabərliyini təbliğ edən onlarla könüllük təşkilatları mövcuddur və ümid edirəm ki,gün keçdikcə daha da artacaqdır. Çünki ölkənin inkişafı birbaşa olaraq fərdlərin inkişafından asılıdır.
Nə qədər ki, cəmiyyət bərabərliyə müsbət münasibət göstərmir, bu zaman heç bir sahədə inkişafdan söhbət gedə bilməz. Hələ də bəzi mentalitetlər vardır ki, onlar qadınların inkişafına normal münasibət bəsləmir, inkişaf etməyi,istədikləri sahədə çalışmağı,hətta xəyal etməyi belə onlara layiq bilmirlər. Onların həyatını sadəcə ev təsərrüfatı ilə məhdudlaşdırmağa çalışırlar. Halbuki, həyatın bütün sahələrinin qadın zəkasına ehtiyacı vardır, bu danılmaz bir faktdır.
Sonluğu isə tarixdə öz fəaliyyətləri ilə iz qoymuş qadınlara həsr etmək istəyirəm. İnanıram ki, onların fəaliyyəti dünyanın istənilən nöqtəsində olan qadınların həyatına işıq tutacaq.
- Mariya Küri- o,Nobel Mükafatı alan qadın və həm də iki fərqli sahədə bu mükafatı alan yeganə qadındır.
- Janna Dark- o,ingilis işğalına qarşı döyüşlərdə rəhbərlik etmiş Fransanın milli qəhrəmanıdır.
- Rosa Parks- Amerika Vətəndaş Hüquqları Hərəkatının simvolu olmuşdur. Avtobusda ağdərili şəxsə yer verməkdən imtina edərək ABŞ-də irqi ayrı-seçkiliyin qarşı mübarizənin əsas fiqurlarından biri olmuşdur.
- Malala Yousafzai-o,Pakistanlı insan hüquqları aktivisti,qızların təhsil hüququ uğrunda mübarizəsi ilə tanınır. O,cəmi 17 yaşında Nobel Sülh Mükafatı alan ən gənc şəxs hesab olunur.
Azərbaycanda isə Mehriban Əliyeva, Zərifə Əliyeva, Sara Aşurbəyli, Adilə Namazova kimi qadınları nümunə göstərə bilərik.
Dövlət Gömrük Komitəsinin Akademiyası
Əlizadə Minayə Cabbar