Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “Media Savadlılığı” Konfransı keçirilir

    17 Dekabr 2024 11:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Media Savadlılığı” Konfransı keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    “Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif qurumların rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “Media Savadlılığı” Konfransı keçirilir.

    AzerVoice xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının və effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

    O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub.

    “Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin dünyanın diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan mediasının fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə daxilində deyil, eyni zamanda beynəlxalq media gündəminin formalaşdırılmasında peşəkar fəallığını artırması üçün ciddi informasiya əsası yaradıb.

    COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət götürməsinin növbəti təzahürü idi.

    BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin dolğun məlumatlandırılması baxımından səmərəli media və kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.

    Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanın informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.

    Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!”,- deyə o bildirib.

    Daha sonra Audiovizual Şuranın sədri İsmət Səttarov “Media Savadlılığı” konfransında çıxışı zamanı deyib ki, hazırki informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa xüsusi ehtiyac var.

    "Media savadlılığı - ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır.

    İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.

    Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər üçün eyni zamanda hər kateqoriyadan insan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür.

    Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyini deyə bilərik",- deyə İ.Səttarov bildirib.

    Xəbər yenilənəcək

    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    “Media Savadlılığı” Konfransı keçirilir
    #Medianın İnkişafı Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat yanlışdır – MEDİA

    24 Aprel 2026 18:06

    Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

    14 Aprel 2026 19:09

    Azərbaycandan raket buraxılması ilə bağlı iddialar əsassızdır - MEDİA

    10 Aprel 2026 15:44

    Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib

    8 Aprel 2026 17:40

    Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar

    30 Mart 2026 19:00

    Azərbaycan–Türkiyə Birgə Media Platformasının komissiya və komitələri yaradılacaq

    28 Mart 2026 10:11

    Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində əlaqəli fəaliyyətin inkişaf etdirilməsi planlaşdırılır

    27 Mart 2026 16:50

    Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib

    27 Mart 2026 09:58

    Avropada mətbuat azadlığı hesabatında Azərbaycanla bağlı qərəzli mülahizələr yer alıb – MEDİA

    10 Mart 2026 16:03

    Medianın İnkişafı Agentliyinin yeni nizamnaməsi hazırlanacaq

    10 Mart 2026 12:54

    Azərbaycanın İranla sərhədə ağır silahlar yerləşdirməsi barədə məlumatlar dezinformasiyadır

    6 Mart 2026 17:30

    MEDİA Yaxın Şərqdəki hadisələrlə bağlı dezinformasiyaya qarşı çağırış edib

    4 Mart 2026 11:49
    XƏBƏR LENTİ

    Osmanlı imperiyasını 24 il məşğul edən müharibə - Balaca uşaq Krit müharibəsinə necə səbəb oldu?

    Londonda terror hücumu - Səkkiz dəqiqə ərzində baş verən faciə

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.