Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    AMEA-nın prezidenti Özbəkistan nümayəndə heyəti ilə görüşüb

    27 Yanvar 2024 06:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    AMEA-nın prezidenti Özbəkistan nümayəndə heyəti ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov və Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abdulxalikovla görüşüb.

    Bu barədə AzerVoice-ə AMEA-dan bildirilib. Görüşdən öncə qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, tarixi barədə məlumat alıblar.

    Qonaqlarla görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi soy-kökə, dilə, mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan əlaqələrinin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Qeyd edib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri və xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan münasibətləri sürətlə inkişaf edir.

    Akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini, AMEA-nın Özbəkistanın Elmlər Akademiyası və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

    Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbək ədəbiyyatının araşdırılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi, həmçinin Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi fəaliyyət göstərir, institutda böyük özbək mütəfəkkirləri Əlişir Nəvainin, Zahirəddin Məhəmməd Baburun və digər özbək ədəbiyyatının nümayəndələrinin irsi öyrənilir, kitablar ərsəyə gətirilir, onlara həsr olunmuş konfranslar keçirilir.

    AMEA rəhbəri, eyni zamanda, dilçilik və əlyazmalar sahəsində də iki ölkənin elmi qurumları arasında geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

    Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının öz imkanları ilə hazır olduğunu deyib.

    AMEA-da özbək ədəbiyyatı ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirən akademik Akmal Saidov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinin Özbəkistanda da qeyd olunacağını deyib. Qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi. Akmal Saidov, həmçinin birgə əməkdaşlıq əlaqələrinin sahəsinin genişləndirilməsinin, xüsusilə epiqrafika üzrə əməkdaşlıq müqaviləsinin imzalanmasının və Azərbaycan-Özbəkistan alimlərinin bu istiqamətdə birgə tədqiqatlar aparmasının önəmini vurğulayıb.

    Akademik İsa Həbibbəyli isə öz növbəsində ölkəmizdə epiqrafika sahəsində zəngin təcrübənin olduğunu deyib, mərhum alim Məşədixanım Nemətovanın bu istiqamətdə apardığı tədqiqatlardan danışıb və epiqrafika üzrə birgə əməkdaşlığın elmi əlaqələrimizə növbəti töhfə olacağını söyləyib.

    Qeyd edək ki, görüşdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov da iştirak ediblər.

    AMEA-nın prezidenti Özbəkistan nümayəndə heyəti ilə görüşüb
    #Özbəkistan #AMEA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    "AzerGold" 10 ildə 2,2 milyard manatdan çox gəlir əldə edib

    7 İyul 2026 19:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    Mədəniyyət naziri Adil Kərimli III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib

    24 İyun 2026 18:10

    Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

    23 İyun 2026 18:16

    Azərbaycan səfiri Hüseyn Quliyevə "Əmək Şöhrəti" ordeni təqdim edilib

    22 İyun 2026 15:11

    Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri

    22 İyun 2026 14:27

    Azərbayan-Özbəkistan müttəfiqlik münasibətləri müzakirə olunub

    20 İyun 2026 18:07

    Azərbaycan müasir nəqliyyat yollarının inkişafında əsas rol oynayır

    17 İyun 2026 19:40
    XƏBƏR LENTİ

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.