Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Səudiyyə Ərəbistanı
    Səudiyyə Ərəbistanı

    Səudiyyə Kralı Həcc mövsümündə göstərilən səyləri yüksək qiymətləndirdi

    12 İyun 2025 11:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Kralı Həcc mövsümündə göstərilən səyləri yüksək qiymətləndirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Səudiyyə Ərəbistanının Kralı və İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz, Həcc mövsümünün uğurla başa çatması və hacıların rifahı üçün göstərilən səylərə görə dərin məmnuniyyətini bildirib.

    AzerVoice xəbər verir ki, bu ifadələr kralın Daxili İşlər naziri və Ali Həcc Komitəsinin sədri şahzadə Əbdüləziz bin Səud bin Nayifə cavab olaraq göndərdiyi təşəkkür məktubunda yer alıb.

    “Biz hacılara xidmət edən bütün qurumların göstərdiyi böyük səyləri yaxından izlədik. Hər kəsin göstərdiyi diqqət, fədakarlıq və peşəkarlıq bizi sevindirdi. Bu ilki Həcc mövsümündə hacıların rahatlığı, təhlükəsizliyi və aramlığı bizə məmnunluq verdi. Qurban bayramı münasibətilə göndərdiyiniz təbrikə görə hamınıza təşəkkür edir və Uca Allahdan istəyirik ki, bu mübarək günü bizim, sizin və bütün İslam ümməti üçün bərəkətli etsin. Allahın bizə bu ilki Həcc mövsümünü uğurla başa çatdırmaqda yardımçı olmasına və Onun evini ziyarət edənlərə xidmət etməkdə bizə imkan verməsinə görə şükür edirik.”-deyə Kral Salman məktubunda qeyd edib.

    Vəliəhd şahzadədən də təşəkkür mesajı

    Digər tərəfdən, Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman da Daxili İşlər nazirinə eyni münasibətlə təşəkkür məktubu ünvanlayıb. O, məktubunda bayram və uğurlu Həcc mövsümünə görə minnətdarlığını bildirib.

    “Allahın izni, Kralımın himayəsi və rəhbərliyi, həmçinin bütün qurumların dəqiq şəkildə icra etdiyi təhlükəsizlik, səhiyyə, profilaktik, təşkilati, xidmət və nəqliyyat planları sayəsində bu Həcc mövsümündə uğur əldə olundu. Uca Allahdan istəyirik ki, Kralımı qorusun, ölkəmizə əmin-amanlıq və sabitlik bəxş etsin, hacıların Həccini qəbul etsin və bizə Onun qonaqlarına xidmət etməkdə uğur nəsib etsin.”-deyə Şahzadə Məhəmməd bin Salman yazıb.

    #Səudiyyə Ərəbistanı #Həcc ziyarəti #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə xəbərləri #Xalid bin Salman bin Əbdüləziz #Həccac #Səudiyyə Ərəbistanı və İtaliya əməkdaşlığı #Səudiyyə Ərəbistanı daxili işlər naziri #Həcc və Ümrə ziyarəti #Həcc qaydaları #Həcc yolları #Həcc səfəri tarixi #Həcc karvanlar #Həcc marşrutları #Həccə giriş yolları #Həcc 2025 yolları #Həcc üçün quru yollar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    Qətər Husilərin Səudiyyə Ərəbistanına hücumunu sərt şəkildə pisləyib

    14 İyul 2026 22:49

    Körfəz ölkələrinin hava qalxanı nə qədər effektivdir?

    14 İyul 2026 20:08

    Oman Hörmüz boğazında neytral mövqeyini açıqlayıb

    14 İyul 2026 18:59

    İran Səna hava limanına hücumu pisləyib

    13 İyul 2026 22:27

    Husilər Səudiyyə Ərəbistanına qarşı yeni təhdid səsləndirib

    13 İyul 2026 22:25

    BMT Yəməndə artan gərginlikdən narahatdır

    13 İyul 2026 21:47

    Qarşıdurmanın genişlənməsinə imkan verməyəcəyik - Rəşad əl-Əlimi

    13 İyul 2026 20:50

    Səudiyyə Ərəbistanı Yəmənin beynəlxalq hava limanını vurdu

    13 İyul 2026 16:40

    Körfəzdə gərginlik artır - Səudiyyə İranı regionun sabitliyini pozmaqda ittiham edir

    12 İyul 2026 13:13

    Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri ABŞ-İran müharibəsini müzakirə ediblər

    11 İyul 2026 20:33
    XƏBƏR LENTİ

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.