Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Ukrayna Prezidenti Volodimir Zelenski ilə regional və beynəlxalq prosesləri müzakirə edib. Görüşün əsas mövzusunu Yaxın Şərqdəki hərbi eskalasiya və Ukrayna böhranındakı son vəziyyət təşkil edib.
#Səudiyyə Ərəbistanı və İtaliya əməkdaşlığı
Ekstremist baxışları ilə tanınan nazirin açıq şəkildə üzr istəməsi, həm də İsrail hökumətinə və baş nazir Benyamin Netanyahuya ünvanlanmış bir mesaj kimi dəyərləndirilir. ABŞ, İsrail rəsmilərinə region ölkələri ilə münasibətləri gərginləşdirən populist çıxışlardan çəkinmək barədə xəbərdarlıq edir. Vaşinqtonun əsas məqsədi, Trampın “İbrahim sazişləri” layihəsini genişləndirərək daha çox ərəb ölkəsini, xüsusilə Səudiyyə Ərəbistanını bu təşəbbüsə cəlb etməkdir.
Səudiyyə Ərəbistanının Kralı və İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz, Həcc mövsümünün uğurla başa çatması və hacıların rifahı üçün göstərilən səylərə görə dərin məmnuniyyətini bildirib.