Bakı,AzerVoice
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın dəmir yollarını tənzimləyən yeni qaydaları təsdiqləyib. AzerVoice xəbər verir ki, bu haqda Krallığın Nəqliyyat və Logistika Xidmətləri Naziri Saleh Əl-Cəssə deyib. O qeyd edib ki, yeni qaydalar dəmir yolu xidmətləri təminatçılarının təhlükəsizlik və keyfiyyət üçün ən yüksək standartları və tələbləri tətbiq etməyə davam etmələrini təmin edəcək və ədalətli rəqabət qabiliyyətini təmin edən siyasət və qanunvericilik hazırlayacaq.“ 2023-cü ildə dəmir yolu daşınan sərnişinlərinin sayı 2022-ci illə müqayisədə 55% artımla 11,2 milyon nəfəri keçib. Qatarlarla daşınan yük və mineral maddələtin daşınması da analoji dövr ilə müqayisədə 6% artaraq 24,7 milyon ton təşkil edib”-deyə o bildirib.Yeni qanunda dəmir yolu xətlərini pozuntulardan və şəbəkəyə dəyən ziyandan qorumaq üçün cəzalar da müəyyən edilib.Nazir kral Salmana və vəliəhd şahzadə Məhəmməd bin Salmana yeni qanunu təsdiq etdiklərinə görə təşəkkür edib.