Putin və Netanyahu telefon danışığında Suriya, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiya Suriyanın ərazi bütövlüyünü müdafiə edir və İranın nüvə proqramı üzrə vasitəçiliyə hazır olduğunu bildirib.
Axtarış nəticələri "Donald Tramp" (3380)
ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə bağlı Rusiya ilə razılaşma ehtimalını nəzərdən keçirdiyini bildirib və yaxın vaxtlarda münaqişənin həll olunmaması halında Rusiyanı ikinci dərəcəli sanksiyalar və gömrük rüsumları tətbiq etməklə hədələyib.
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şotlandiyanın Turnberi şəhərində Böyük Britaniyanın baş naziri Keir Starmeri qəbul edərkən jurnalistlərə verdiyi açıqlamalarda Ukrayna və Qəzza mövzusuna toxunub.
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ABŞ-ın Ankaradakı səfiri Tomas Cozef Barakı qəbul edib. Türkiyə və ABŞ-ın Suriyada əməkdaşlığı gücləndirmək qərarına gəldiyi toplantıda Barak da iştirak edib.
BAKI, AzerVoice Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlıq bildirib. O, Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılandığını vurğulayıb.
ABŞ prezidenti Tramp Qəzzada israilli məhbuslarla bağlı məsələyə toxunub. İsrailli ailələrin ölən məhbusların cəsədlərinin qaytarılmasını gözlədiyi bir vaxtda bəzi ailələrlə görüşdüyünü və onları dinlədiyini bildirib.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
İsrail Müdafiə Naziri İsrael Katz, İranla əldə olunan atəşkəsdən təxminən bir ay sonra İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei barədə sərt açıqlamalar verib.
İsrailə qarşı apardığımız 12 günlük müharibədə İran xalqı təqdirəlayiq uğur əldə etdi.
ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.
Almaniya Ukraynaya üç ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi təhvil verib və əlavə sistemlərin tədarükü və əvəzləyici texnikanın əldə olunması ilə bağlı ABŞ-la danışıqlar aparır.
İsrail ilə 12 gün davam edən müharibə zamanı yüksək rütbəli hərbi komandirlərin və nüvə alimlərinin öldürülməsi İran üçün ağır bir itkidir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski təxminən iki-üç ay ərzində görüş keçirə bilərlər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
ABŞ yaxın zamanda Rusiya ilə nüvə silahlarının azaldılması perspektivlərini müzakirə etməyi planlaşdırır.
Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb.
ABŞ-ın tanınmış MMA döyüşçüsü, UFC-nin keçmiş müvəqqəti yüngül çəki çempionu Toni Ferqyuson rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək istədiyini açıqlayıb.
ABŞ Dövlət Departamenti Kiyev hökumətinə 322 milyon dollarlıq silah satışını təsdiqləyib.
İran rəsmiləri hesab edir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyun ayında İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən endirilmiş zərbələrin effektivliyini qiymətləndirmək məqsədilə həmin obyektlərdə yoxlamaları davam etdirmək istəyir.
İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin bölgədə mülki insanların ölümünə səbəb olduğunu bildirib.
Donald Tramp Paramount Global-ın CBS News-a qarşı qaldırdığı məhkəmə iddiasındakı razılaşmadan sonra media şirkəti ona 16 milyon dollar ödəyib.
Kanada Baş naziri Mark Karni, ABŞ ilə ticarət danışıqları fonunda ölkəsinin milli maraqlarını müdafiə edəcəyini bəyan edib.
ABŞ-da yerləşən Kolumbiya Universiteti ötən il universitetdə keçirilən Fələstinə dəstək aksiyalarında iştirak edən bəzi tələbələrin universitetdən xaric edildiyini və ya müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirib.
Yaponiya ABŞ-la əldə olunan yeni ticarət razılaşması çərçivəsində ölkə iqtisadiyyatına 550 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq.