Axtarış nəticələri "Məkkə" (181)
Muhəmməd Yusuf Dahlan (محمد دحلان) 29 sentyabr 1961-ci ildə Qəzza zolağının Xan Yunis şəhərindəki Qaçqınlar Düşərgəsində doğulub. Ailədə altı uşağın ən kiçiyidir və əslən 1948-ci ildə İsrail tərəfindən dağıdılan Hamama qəsəbəsindəndir.
Dəccal islam inancına görə, qiyamət əlamətlərindən biridir. Eyni zamanda Dünyanın axırına yaxın bir zamanda İsa əleyhissalam və Həzrəti Mehdi tərəfindən öldürüləcək zalım bir şəxsdir. Bir hədisdə deyilir ki , bütün peyğəmbərlər öz ümmətlərinə kor və yalançı Dəccalın böyük bir fitnə və bəla olduğunu xəbər vermişdilər.Başqa bir hədisdə isə, “Məkkə və Mədinədən başqa heç bir ölkə yoxdur ki, Dəccal orada ayaq basmasın” –deyilir.
Hüseyn ibn Əli əl-Haşimi İstanbulda anadan olub. Haşimi Zevi Avn sülaləsindən olan Şərif Əli Paşanın oğlu və Məkkə əmiri Məhəmməd b. Əbdülmuin İbn Avnin nəvəsidir. O, babasının son əmirliyi dövründə, 1856-1858-ci illər arasında Məkkədə qaldı, 1858-ci ildə isə İstanbula qayıtdı. 1861-ci ildə atasının ölümündən sonra əmisi Əmir Abdullahın yanına Məkkəyə getdi. Təhsilini burada tamamladı və 1880-ci ildə Zevi Zeyd ailəsindən olan Əbdülmüttəlib b. Qalib əmir təyin edildikdən sonra İstanbula gəldi. 1908-ci ilin oktyabrında Məkkə əmiri Şərif Əli vəzifəsindən azad edilərək yerinə əmisi Abdullah Paşa b. Məhəmməd təyin edildi.