Axtarış nəticələri "Donald Tramp" (3352)

Donald Tramp ABŞ–İran danışıqları ərəfəsində verdiyi bəyanatda İranın müharibə istəmədiyini bildirib. Prezidentin sözlərinə görə, Tehran Vaşinqtonla hərbi toqquşma yox, diplomatik müzakirələr yolu ilə razılaşmaya nail olmağa çalışır. “İran müzakirə istəyir, onlar vurulmağı istəmirlər”, – deyə Tramp qeyd edib.

Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində özünə mümkün varis məsələsində mövqe tutmaqdan imtina edib. Tramp qeyd edib ki, hər iki siyasətçi hazırda öz vəzifələrini yüksək səviyyədə icra edir və bu mərhələdə varislik məsələsini gündəmə gətirmək istəmir. Prezidentin sözlərinə görə, seçkilərə hələ üç il vaxt qalır və indidən bu mövzuda mübahisə yaratmaq niyyətində deyil.

ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb. Donald Tramp telefon danışığında ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı proseslər, eləcə də Çinin ABŞ-dan neft, təbii qaz və kənd təsərrüfatı məhsulları idxalı kimi mövzuların müzakirə edildiyini bildirib.

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.

Kuba hökuməti bazar ertəsi AFP-yə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə "ünsiyyətdə" olduqlarını, lakin rəsmi danışıqların hələ başlamadığını bildirib. Xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio müsahibəsində qeyd edib ki, hazırda tərəflər arasında tammiqyaslı dialoqdan söz açmaq mümkün olmasa da, iki hökumət arasında müəyyən əlaqə kanalları mövcuddur. Bu açıqlama Donald Trampın bazar günü verdiyi bəyanatdan sonraya təsadüf edir. Tramp ABŞ-ın Kubanın "ən yüksək səviyyəli rəsmiləri" ilə danışıqlar apardığını və tezliklə bir razılaşma əldə olunacağını gözlədiyini iddia etmişdi. De Kossio isə ölkəsinin humanitar böhranın qarşısını almaq üçün dialoqa hər zaman açıq olduğunu təkrar vurğulayıb.

ABŞ Ədliyyə Nazirliyinin ötən cümə günü Jeffrey Epşteyn işi ilə bağlı milyonlarla yeni sənədi ictimaiyyətə açıqlamasından sonra qalmaqallı iddialar beynəlxalq gündəmi silkələməkdə davam edir. Gizliliyi ləğv edilən materiallarda bir sıra nüfuzlu siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın da adının keçməsi diqqət çəkib.

Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.

Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna hücumları bərpa etməsi nəticəsində bir sıra bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasovun açıqlamasına görə, hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində istehlakçılar işıqsız qalıb. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunmayıb.

İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib. İclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır. Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.

İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır. Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.

ABŞ Prezidenti Donald Tramp bazar günü İranın Ali Rəhbəri Əli Xameneinin İslam Respublikasına hər hansı hücumun regional müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra İranla razılaşmaya ümid etdiyini bildirib. Tramp Xameneinin xəbərdarlığını əhəmiyyətsiz kimi qiymətləndirib və Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə: "Əlbəttə, o belə deyəcək. Ümid edirik ki, razılaşmaya nail olacağıq. Əgər bu baş verməzsə, o zaman onun haqlı olub-olmadığını öyrənəcəyik".-deyə bildirib.

Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi hücum həyata keçirmə ehtimalı Livan, İraq və Yəməndəki Tehran müttəfiqi olan fraksiya və qüvvələrin xəbərdarlıq dalğasına səbəb olub. Onlar İrana dəstək vermək və regional qarşıdurmanın miqyasını genişləndirmək imkanını nümayiş etdiriblər. Eyni zamanda "Maariv" qəzeti yazıb ki, "İsrail şərq sərhədləri vasitəsilə İran müttəfiqlərindən gələ biləcək potensial hücuma hazırlaşır".

Bu məqalə İranın Ali Rəhbəri Əli Xameneinin ABŞ ilə artan gərginlik fonunda etdiyi sərt xəbərdarlıqlar və ölkədəki etirazları "dövlət çevrilişi" cəhdi kimi qiymətləndirməsindən bəhs edir. Mətndə Avropa İttifaqının İran İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan etməsi və İran parlamentinin buna qarşılıq olaraq Avropa ordularını eyni statusda tanıması gərginliyi əks olunur. H

Bəzilərinin Binyamin Netanyahuya verdiyi "İsrailin tacqoyulmamış kralı" ləqəbi boş yerə yaranmayıb. Bu, həmin şəxsin öz cəmiyyətinin təbiətini və oradakı hakim siyasi elitanı ən yaxşı anlayan İsrail siyasətçisi olması həqiqətindən qaynaqlanır. O, bütün rəqiblərini manipulyasiya etmək, daxili və xarici arenada özünü qəbul etdirmək üçün qeyri-adi qabiliyyət nümayiş etdirib. Baxmayaraq ki, o, dövlətinin və ya xalqının mənafeyini deyil, daha çox şəxsi maraqlarını güdür və toxunulmazlığını qoruyaraq, İsrail qanunlarına görə baş nazirə verilən toxunulmazlıqdan məhrum olacağı təqdirdə həbsxanaya girməmək üçün hər şeyi edir.

Vaşinqton Əfqanıstan, İraq və Yəməndən sonra indi də İranı xarabalığa çevirməyəmi hazırlaşır? İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin yeni komandanı general Məcid Musəvi ABŞ-ə ciddi xəbərdarlıq edib və deyib ki, “Tramp həddindən artıq çox danışır, lakin biz ona döyüş meydanında cavab verəcəyik”.

ABŞ Prezidenti Donald Tramp bazar günü (1 fevral 2026-cı il) bəyan edib ki, Hindistan artıq İran nefti yerinə Venesuela nefti satın alacaq. Bu açıqlama Vaşinqtonun qlobal enerji xəritəsini yenidən cızmaq və İranın gəlir mənbələrini tamamilə kəsmək istiqamətindəki növbəti addımı kimi qiymətləndirilir.