Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Səhabə həyatı
    Səhabə həyatı

    Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı

    29 Mart 2026 10:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası

    Süheyb Rumi İslam tarixində tanınmış səhabələrdən biri kimi yadda qalıb. O, əsli ərəb olan Bəni Nümeyr qəbiləsinə mənsub idi. Uşaqlıq illərini İraqda keçirən Süheybin taleyi İran–Bizans müharibələri dövründə dəyişib. Müharibə zamanı bizanslılara əsir düşən Süheyb uzun müddət köləlik həyatı yaşayıb. Məhz bu səbəbdən o, yunan dilini ərəb dilindən daha yaxşı bilirdi və “Rumi” ləqəbi ilə tanınıb.

    Uzun illər sonra köləlikdən azad edilən Süheyb Məkkəyə qayıdıb. O, İslamı qəbul edən ilk şəxslərdən biri olub. Məhəmməd peyğəmbərin peyğəmbərliyi barədə eşidən kimi Ərqəmin evinə gedərək İslamı qəbul edib. Bu seçim ona ağır bədəllər bahasına başa gəlib. Qüreyşlilər tərəfindən ciddi təzyiq və işgəncələrə məruz qalan Süheyb Məkkəli olmadığı üçün heç bir tayfa və ya ailə tərəfindən qorunmayıb.

    Mədinəyə hicrət zamanı Qüreyşlilər onun şəhəri tərk etməsinə mane olublar. Süheyb canını xilas etmək üçün bütün mal-dövlətini Məkkədə qoyaraq gizli şəkildə yola çıxıb. Üstəlik, yol boyu da qarətə məruz qalıb. Buna baxmayaraq, o, Mədinəyə çataraq müsəlman icmasına qoşulub və icmanın möhkəmlənməsi üçün fəal şəkildə çalışıb, bir sıra döyüşlərdə iştirak edib.

    Peyğəmbərin vəfatından sonra Süheyb ilk xəlifələri dəstəkləyib. Xəlifə Ömərin vəfatından sonra isə onun vəsiyyətinə əsasən, üç gün ərzində Mədinə məscidində camaata namaz qıldırıb.

    Süheyb Rumi təxminən 70 yaşında Mədinədə vəfat edib və İslam tarixində sədaqəti, fədakarlığı və səbrli həyatı ilə nümunəvi səhabələrdən biri kimi xatırlanır.

    #Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı #İslamın ilk müsəlmanlarından biri – Süheyb Rumi kim idi? #Qüreyş təzyiqləri #hicrət və sədaqət: Süheyb Ruminin taleyi #Yunan dilini ərəb dilindən yaxşı bilən səhabə – Süheyb Rumi #Malını-dövlətini tərk edən iman nümunəsi: Süheyb Rumi #Bizans əsirliyindən Mədinə məscidinə uzanan ömür yolu #Hicrət zamanı hər şeyini itirən səhabə – Süheyb Rumi #Peyğəmbərin yaxın səhabələrindən Süheyb Ruminin həyat hekayəsi #İslam tarixində səbr və fədakarlıq simvolu – Süheyb Rumi #Xəlifə Ömərin vəsiyyət etdiyi səhabə: Süheyb Rumi #Məhəmməd peyğəmbərin səhabələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Həzrəti Ömər ibn Xəttab: İslam dövlətçiliyinin, idarəçiliyinin və ədalətin böyük memarı

    28 İyun 2026 09:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması

    26 Aprel 2026 00:04

    İman uğrunda sərvətindən keçən səhabə - Süheyb Rumi

    25 Aprel 2026 09:56

    Bizansda köləlikdən səhabəliyə: Süheyb Ruminin həyatı

    29 Mart 2026 10:26

    İslam tarixində döyüş meydanına çıxan ilk qadın – Ümmü Umarə

    28 Fevral 2026 22:00

    İslamın ilk müəzzini Bilal-i Həbəşinin həyatı: Qul bazarından cənnət bağçalarına

    22 Fevral 2026 12:37

    İslamın Ən Böyük Komandanı: Xalid ibn Vəlidin Həyatı və Qazandığı Savaşlar

    31 Yanvar 2026 22:00

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55

    İt saxlayan səhabə - peyğmbərin naibi

    3 Avqust 2025 16:52

    Əmmar ibn Yasir: Hicrətdən Şəhadətə Uzanan Bir Həyat

    3 Aprel 2025 14:15
    XƏBƏR LENTİ

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.