Səhabələrin dəqiq sayı haqqında qəti bir rəqəm söyləmək tarixən mümkün olmamışdır. Bunun əsas səbəbi İslamın geniş bir coğrafiyaya sürətlə yayılması və səhabələrin müxtəlif bölgələrə dağılmasıdır. Lakin öndə gələn hədis alimlərinin bu barədə mühüm təxminləri mövcuddur.
#Xəlifə Ömərin vəsiyyət etdiyi səhabə: Süheyb Rumi
Süheyb Rumi İslam tarixində tanınmış səhabələrdən biri kimi yadda qalıb. O, əsli ərəb olan Bəni Nümeyr qəbiləsinə mənsub idi. Uşaqlıq illərini İraqda keçirən Süheybin taleyi İran–Bizans müharibələri dövründə dəyişib. Müharibə zamanı bizanslılara əsir düşən Süheyb uzun müddət köləlik həyatı yaşayıb. Məhz bu səbəbdən o, yunan dilini ərəb dilindən daha yaxşı bilirdi və “Rumi” ləqəbi ilə tanınıb.