#İslam tarixində səbr və fədakarlıq simvolu – Süheyb Rumi

Süheyb Rumi İslam tarixində tanınmış səhabələrdən biri kimi yadda qalıb. O, əsli ərəb olan Bəni Nümeyr qəbiləsinə mənsub idi. Uşaqlıq illərini İraqda keçirən Süheybin taleyi İran–Bizans müharibələri dövründə dəyişib. Müharibə zamanı bizanslılara əsir düşən Süheyb uzun müddət köləlik həyatı yaşayıb. Məhz bu səbəbdən o, yunan dilini ərəb dilindən daha yaxşı bilirdi və “Rumi” ləqəbi ilə tanınıb.