Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / Ramazan bələdçisi: Tarix və hikmət
    Ramazan bələdçisi: Tarix və hikmət

    Ramazan ayı ilə bağlı fətva verildi

    17 Fevral 2026 12:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ramazan ayı ilə bağlı fətva verildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

    Bismillahir-rəhmanir-rəhim!

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası olaraq müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, bu müqəddəs ayda dua və ibadətlərimizin qəbul olunmasını Rəhman və Rəhim Allahdan diləyirik.
    Ramazan ayının orucu İlahi əmrdir, bu barədə Allah-Təala öz bəndələrinə Qurani-Kərimdə belə buyurur:
    "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (Bəqərə, 183).
    Günahların bağışlandığı, dua və ibadətlərin Allah-Təalanın dərgahında qəbul edildiyi rəhmət və bərəkət ayı olan Ramazani-şərif Allah məqamında ən yaxşı aylardandır, belə ki Qurani-Kərim İslam ümmətinə bu ayda nazil olmuş, min aydan xeyirli olan Qədr gecəsi bu aya təsadüf edir. Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə dualar edirik ki, mübarək Ramazani-şərifdə vacib oruc ibadətimizi layiqincə yerinə yetirməkdə və fəzilətləri ilə əxlaqımızı kamilləşdirməkdə yardımçımız olsun!
    Qazılar Şurası Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/16 saylı və 30.01. 2026-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcəkdir, inşallah!
    Şükürlər olsun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atan qəhrəman xalqımız son illərdə dini və milli bayramlarımızı, əlamətdar günləri böyük qürurla qeyd edir. Azad olunmuş torpaqlarımızda bərpa olunan, yenidən inşa olunan məscidlərimizin minarələrindən Azan səsləri yüksəlir, insanlar öz dədə-baba yurdlarına qayıdır və tarixi irsinə qovuşur. Bölgədə sülh quruculuğu istiqamətində böyük işlər görülür. Bu mənada, Mübarək Ramazan ayını günahlardan təmizlənməyin, Allahın rəhmət və rizasını qazanmağın müjdəsi ilə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparılması, dini-mənəvi irsimizin bərpası sevinci ilə qarşılayırıq.
    İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı Uca Allaha, iman və təqvaya daha da yaxınlaşdıran, şükr və inayətini artıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın bəxş etdiyi iradəni, səbri və dəyanəti bütünləşdirən, nəfsin önünə sədd çəkən vasitədir. Ramazanda Allahın kəlamlarını zikr etmək, elm-irfan və ibadətlə məşğul olmaq, ehtiyacı olanlar üçün iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Din xadimlərimiz bu ay ərzində moizə və xütbələrində Vətən torpağının mübarəkliyi, şəhidlərimizin qəhrəmanlıqlarını, ucaldıqları mənəvi zirvəni dindarlara ən yüksək səviyyədə aşılasınlar, Böyük Qarabağ Zəfərindən sonra dövlətimizin bölgədə və beynəlxalq müstəvidə sülh quruculuğu yolunda dəyərli səylərini, milli-mənəvi irsimizin dirçəldilməsi yönündə misilsiz işləri, müstəqil dövlətçiliyimizin uğurlarını dindarlara ətraflı çatdırsınlar. Həmçinin, bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər.
    Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: "Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir" – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir.
    Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir. Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.
    Bu mübarək ayda suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə işlər həyata keçirən dövlət başçımız, Zati-aliləri Prezident İlham Əliyev cənablarına, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq. Qadir Allahdan duamız budur ki, ölkəmizi və xalqımızı, müdrik dövlət başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası olaraq Ramazan və Novruzun mübarək qədəmlərinin xalqımız, dövlətimiz üçün uğurlu olmasını diləyirik. Uca Rəbbimiz bu mübarək ayın fəzilətlərinə xatir oruc və ibadətlərimizi qəbul etsin. Amin!
    Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!
    Bakı şəhəri, 17 fevral 2026-cı il.

    #Ramazan orucu #Ramazan ayı #ramazan orucu qaydaları #Ramazan ayında Qədr gecəsi #Ramazan ibadətləri #Ramazan 2026 #Ramazanın başlanğıcı #Ramazanın tarixi 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    29 Ramazan xronikası: Qeyrəvanın təməli və ilk fitrə zəkatı

    19 Mart 2026 05:30

    Tbilisidə Gürcüstan azərbaycanlıları üçün Ramazan iftarı təşkil olunub

    18 Mart 2026 12:29

    Bakıda BƏƏ səfirliyi iftar süfrəsi təşkil edib

    16 Mart 2026 11:39

    Əl-Cəzirə Azərbaycanda Ramazan ənənəsindən yazdı - Azərbaycanda Ramazan ənənələri: Odlar yurdunun 10 milli təamı

    15 Mart 2026 20:59

    Osmanlı qurucusunun vəfatı və Həsən ibn Əlinin əqiqəsi - 21 Ramazan xronikası

    11 Mart 2026 05:30

    Bütlərin yıxılması və Məkkənin fəthi – 20 Ramazan xronologiyası

    10 Mart 2026 05:30

    Ramazan orucu bağırsaq bakteriyalarına necə təsir edir?

    9 Mart 2026 18:30

    19 Ramazan: Əndəlusun doğuşundan Qranadanın süqutuna qədər tarixi xronika

    9 Mart 2026 05:30

    Orucun on beşidir, gəldik sizə

    5 Mart 2026 10:00

    İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

    3 Mart 2026 10:42

    Uşaqlar oruc tutmağa neçə yaşından başlamalıdır və tibb mütəxəssisləri nə deyir?

    25 Fevral 2026 16:57
    XƏBƏR LENTİ

    Livan: Sur şəhərindəki xəstəxana yaxınlığına endirilən zərbə nəticəsində yaralananların sayı 127-yə çatıb

    İspaniya ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcək

    Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

    Kanada F-35 planını dəyişir

    Qırğızıstan - Fələstin matçı: Gəlirin bir hissəsi Fələstin xalqına dəstək üçün istifadə olunacaq

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    Bəhreyn İran və İraqa səyahəti qadağan edib

    Ağ Evdə keçiriləcək UFC turnirində qadın döyüşçülər iştirak etməyəcək - Dana Uayt

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.