Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

    3 Mart 2026 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

    VOA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib

    Tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və strateji tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər əsrlərin sınağından çıxmış ortaq tarixə, zəngin mədəni irsə və eyni mənəvi dəyərlərə söykənən sarsılmaz birlik modelidir.

    O qeyd edib ki, iki Cümhuriyyət sevincdə də, kədərdə də daim bir-birinin yanında olub, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib. Bu qardaşlıq fəlsəfəsi Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülən ideyalarla daha da möhkəmlənib və bu gün də dövlətlərimizin siyasətində əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri iki dövlət arasındakı sarsılmaz birliyin rəmzinə çevrilib.

    Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə təkcə regionda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi deyil, həm də beynəlxalq müstəvidə söz və nüfuz sahibi olan, qlobal proseslərə təsir göstərmək imkanına malik iki qardaş dövlətdir.

    O əlavə edib ki, hər iki ölkənin bayraqları müqəddəs şəhid qanları ilə yoğrulub və bu bayraqlar qarşısında xalqlarımızın mənəvi borcu var. Məhz bu müqəddəs dəyərlər Azərbaycan-Türkiyə birliyini əbədi və sarsılmaz edir.

    Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Azərbaycan-Türkiyə münasibətlərini eyni kökdən gələn qardaş dövlətlərin əlaqələri kimi xarakterizə edib. O bildirib ki, bu münasibətlər ortaq tarix, dil və mədəni dəyərlər üzərində qurulub, bir çox sınaqlardan keçərək daha da möhkəmlənib və sarsılmaz bağa çevrilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir, “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin əsasını təşkil edir və mənəvi bağlarımızı daha da gücləndirir.

    Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım ötən il Qars və İğdırda təşkil edilən iftar mərasimlərinin əhatə dairəsinə İstanbul şəhərinin də əlavə edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür tədbirlər yalnız dini-mənəvi dəyərlərin yaşadılması deyil, eyni zamanda iki qardaş xalq arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm platformadır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Bir millət, iki dövlət” anlayışı təkcə siyasi şüar deyil, həm də gündəlik həyatın müxtəlif sahələrində - o cümlədən dini və mədəni mərasimlərdə öz əksini tapır. İftar süfrələri də bu birliyin, qarşılıqlı hörmət və dəstəyin bariz nümunəsidir.

    Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz müqəddəs Ramazan ayının bütün İslam aləmi üçün xeyirli, bərəkətli və sülh dolu keçməsi arzulayaraq bildirib ki, bu ay yalnız oruc ibadəti ilə deyil, həm də mənəvi saflaşma, mərhəmət, paylaşma və həmrəylik duyğularının gücləndiyi müstəsna bir zamandır. Ramazan süfrələri, xüsusilə iftar məclisləri insanları bir araya gətirən, cəmiyyətdə birlik və qardaşlıq bağlarını möhkəmləndirən mühüm mənəvi dəyərdir. Qeyd edib ki, eyni süfrə arxasında toplaşmaq insanlar arasında sevgi, qarşılıqlı anlayış və dəstək hisslərini daha da gücləndirir. Çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə də xüsusi yer ayıran S.Özgündüz vurğulayıb ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı Türkiyə hər zaman Azərbaycanın yanında olub, haqq işinə dəstək verib.

    Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd edib ki, Ramazan ayı insanları birliyə, yardımlaşmaya və qardaşlığa səsləyən ilahi çağırışdır. Onun sözlərinə görə, Ramazan yalnız fərdi ibadət ayı deyil, eyni zamanda cəmiyyətin bütövləşməsi, insanlar arasında mərhəmət və paylaşma duyğularının güclənməsi üçün mühüm fürsətdir. O, Ramazan ayının insanlıq naminə birliklərə vəsilə olmasını, müsəlmanlar arasında vəhdət və dayanışmanın daha da möhkəmlənməsini diləyib.

    Çıxışında müsəlman dünyasının qarşısında duran çağırışlara da toxunan S.Arpaquş bildirib ki, müasir dövrdə müsəlman ölkələri yalnız dini və mədəni sahədə deyil, elm, texnologiya, innovasiya və iqtisadi inkişaf istiqamətlərində də daha sıx əməkdaşlıq etməlidirlər. Onun fikrincə, İslam dünyası ortaq dəyərlər əsasında bir araya gələrək bilik və texnologiya sahəsində işbirliyini gücləndirməli, gənc nəslin təhsilinə və inkişafına xüsusi önəm verməlidir. Bu həm ümumi rifahın yüksəlməsinə, həm də qlobal miqyasda daha güclü mövqe qazanmağa xidmət edəcək.

    Safi Arpaquş vurğulayıb ki, qardaşlıq düşüncəsi insanlar və xüsusilə müsəlmanlar arasında əsas qayə olmalıdır. Din, dil və mədəniyyət yaxınlığı müsəlman xalqları bir-birinə daha da yaxınlaşdırmalı, aralarındakı fərqlər deyil, ortaq dəyərlər ön plana çəkilməlidir.

    Mərasim Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti və iftar duasının oxunması ilə davam edib.

    Ramazan duaları oxunduqdan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

    #Türkiyə #Azərbaycan #İstanbul #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramazan ayı #Ramin Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    6 İyun 2026 14:31

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    6 İyun 2026 14:21

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

    5 İyun 2026 20:35

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43

    Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşüb

    5 İyun 2026 19:34

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    5 İyun 2026 13:38

    Azərbaycanda cərimə balları artırıla bilər

    5 İyun 2026 11:50

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44
    XƏBƏR LENTİ

    İranın hücumu regionda gərginliyi artırır - Küveyt XİN

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    ABŞ İranın hücumlarına cavab verib

    366 at güclü hibrid , 2026 Lexus RX500h modelinin müsbət və mənfi tərəfləri

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.